Təqvim
Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib
03 mart 2020 - 17:44

 8 fevral 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib.Seminarın açılış mərasimində Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov, Azərbaycan Kolon Rektum Cərrahi Dərnəyinin sədri Xaləddin Musayev və Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyinin sədri Ayhan Kuzu seminar iştirakçılarını salamlayıb, dünyada və ölkəmizdə kolorektal cərrahiyyənin vəziyyəti, tibbin son yenilikləri haqqında məlumat veriblər. Tədbirdə Azərbaycanın aparıcı dövlət və özəl tibb müəssisələrində çalışan kolorektal cərrahiyyə sahəsi üzrə məşhur yüksəkixtisaslı mütəxəssislər və ümumi cərrahlar iştirak ediblər. Rəsmi açılışın sonunda Mərkəzi Gömrük Hospitalının fəaliyyətini və nailiyyətlərini əks etdirən video çarx nümayiş edilib.

Avropa Koloproktoloji Dərnəyinin Azərbaycan üzrə milli təmsilçisi, Azərbaycan Kolon və Rektum Cərrahi Dərnəyinin elmi katibi və Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı Aynur Səfiyevanın moderatorluğu ilə keçirilən seminarda Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyinin sədri professor Ayhan Kuzu “Sağ hemikolektomiyalarda doğru disseksiya planı”, “Sol hemikolektomiya və rektum cərrahiyyəsində doğru disseksiya planı”, “Rektum xərçəngində qeyri-cərrahi müalicə” və “Rektum cərrahiyyəsində ileostomiyanın yeri” mövzularında çıxış edib, kolorektal cərrahiyyə sahəsində yeniliklərdən danışıb.

Mərkəzi Gömrük Hospitalının Ümumi cərrahiyyə şöbəsinin rəisi Namiq Novruzov və ümumi cərrahı Aynur Səfiyeva “Kolorektal cərrahiyyədə Mərkəzi Gömrük Hospitalının təcrübəsi” ilə bağlı təqdimatla çıxış ediblər və auditoriyanı maraqlandıran sualları cavablandırıblar. Seminar iştirakçıları müzakirələrdə fəal iştirak ediblər. Onlar kolorektal xəstəliklərin müalicəsində keyfiyyətli və doğru yanaşmanı təmin edən müalicə prinsipləri mövzusunda debatlar aparıblar.

Tədbirin sonunda Mərkəzi Gömrük Hospitalının kollektivi adından professor Ayhan Kuzuya təşəkkür plaketi təqdim olunub. Seminar Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi https://www.facebook.com/customshospital üzərindən canlı yayımlanıb.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə