Gülağa Tənha "Ana deyimmi?!" - şeirini yazandan yeddi il sonra, şeirin tam başqa ovqatını, Əfqanıstan müharibəsində, ağır yaralanaraq, hospitala gətiriləndə yazdı: şeir, oğulun anaya xatirələr içində müraciətidir. "Ana, yadındamı?" - adlanan bu şeir, xeyriyyəçi - şair Gülağa Tənhanın beş cildlik kitablarının təqdimat mərasimində təqdim edilərək tamaşaçılar tərəfindən böyük rəğbət qazanmışdır. Video çarx, Əfqanıstan müharibəsi iştirakçılarımızın əziz xatirəsinə həsr olunur... Müəllif: Gülağa Tənha (Qənbərov) Xatırlatmaq üçün tarixi qeydi nəzərinizə çatdırırıq: Əfqanıstan müharibəsi 1978 - cı ildən başlayaraq 1989 - ci ilin fevral ayının 15 - nə kimi davam etmişdir. Ümumi hesablamarına görə Əfqanıstan tərəfdən iki miliyona yaxın, SSRİ - tərəfdən isə 13 836 nəfər insan həlak olmuşdur. Bu müharibə Sovet İKP MK-nın Baş Katibi L. İ. Brejnevin siyasi səhvi adlanaraq tarixə yazıldığı deyilir və SSRİ - nin dağılmasına təkan olaraq səbəb kimi göstərilir. Müharibə dövrü 75 000 azərbaycanlı Sovet qoşunları sıralarında döyüş əməliyyatlarında iştırak edir, onlardan 208 - nəfər həlak olur, 7 nəfər isə itkin düşür, bu gün Azərbaycanda 5 minə yaxın Əfqanıstan müharibəsi vetiranının sağ qaldığı qeyd edilir... link: https://www.youtube.com/watch?v=L1uqmpRcbJ8 ANA, YADINDAMI? Rostov – Don, hospital aprel 1981 #Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха
Quruluşçu rejissor: Ruslan Mollayev
Qiraətçi: Elməddin Məmmədov
Ana həsrətilə döyünən qəlbim,
Anasız qocalır – anasız olur.
Anama yetməyir kədərim, qəmim,
Balası qürbətdə gül kimi solur.
Anacan, bu axır, son nəfəsdə mən,
Olub keçənləri salıram yada.
Bülbül tək ötürəm qəfəs içində,
Mənə dar görsənir geniş dünya da.
Gəlir göz önünə uşaqlıq çağı,
Döyüldüyüm günlər yadıma düşür.
Qoyun otardığım «Hənfə bulağı»,
Qarğışlar, söyüşlər yadıma düşür.
Ana, yadındamı, deyirdin mənə:
«Bala, görüm səni yarımayasan!»…
Sənin qarğışların çatıb yerinə,
Çatıb ki, anamsan, darılmayasan.
Ana, yadındamı, söyləyirdin sən,
«Bala, səni görüm cavan öləsən!»…
Ana, o balandır can verən həmən,
Sənin həsrətinlə ölürəm bil mən.
Olub-keçənləri qələmə alsam,
Bir insan ömrünü gərək mən yazam.
Əgər ki, ölməsəm, salamat qalsam,
Gərək həsrət ilə anamdan yazam.
Ay ana, südünü halal et mənə,
Atamdan halallıq almadım, nəsə.
Mən ondan xəlvəti hardasa yenə,
Səninçün almışam geyim, əlbəsə.
Əziyyət içində yaşayan anam,
Ağ gün görməmisən, üzün gülməyib.
Anacan, adına özüm qurbanam,
Darıxma, Gülağan hələ ölməyib.
Bütün hüquqlar qorunur © 2025