Təqvim
Daha bir istirahət mərkəzindən şikayət - “4 uşaqla soyuqda qaldıq”
10 yanvar 2020 - 12:00

Bakı sakini Hicran Quliyeva Xızı rayonunda yerləşən “Cənnət bağı Altıağac” istirahət mərkəzində ona və ailəsinə qarşı kobud rəftar edildiyini iddia edib.Can.Veten.az qafqazino-ya istinadən xəbər verir ki, şikayətçi bildirib ki, otaqları qabaqcadan rezerv etsələr də, giriş vaxtından (saat 14:00-dan) 3-4 saat əlavə bayırda gözləməli olublar. Bununla bağlı şikayət etdikləri zaman isə kobud rəftarla qarşılaşıblar:
“Yanvar ayının 4-nə Altıağac İstirahət Mərkəzində iki gün əvvəlcədən 2 ailə üçün yer rezerv etdik. Mərkəzə çatanda bizə hələ otaqların boşalmadığı bildirildi. Hava soyuq olduğundan mərkəzin ərazisində yerləşən restorana getməyi qərara aldıq. 30 dəqiqəyə yaxın bizə heç kim yaxınlaşmadı. Daha sonra saat yarımdan çox da sifarişimizi gözlədik. Günümüzün yarısı otelin səriştəsiz işçilərinin ucbatından restoranda və soyuq havada keçdi. Saat 16:00- 17:00 arası qeydiyyat şöbəsinə yaxınlaşdıq, ancaq hələ də otaqlar hazır deyildi. Dediklərinə görə, qonaqlar o qədər çoxdur ki, xadimələr otaqları təmizləməyə çatdırmır.
Şikayət etmək üçün otel rəhbərliyi ilə görüşmək istədik, bu zaman da üzərimizə mühafizəçiləri göndərdilər. Kobud formada bildirildi ki, xoşunuz gəlmirsə, pulunuzu alıb gedin. Yanımızda birinin 4 yaşı olmaqla 4 uşaq var idi.
Duşünmürlər ki, axşam vaxtı bu balaca azyaşlı uşaqlar dumanlı qarlı havada, buz bağlamış yollarda hər hansı təhlükə ilə üzləşə bilərlər? Turizmi inkişaf etdirmək istəyirik, ancaq Azərbaycan vətəndaşlarına belə xidmət göstərildiyi halda, xarici qonaqlara xidmət necə olacaq?”
Şikayətlə bağlı "Cənnət Bağı Altıağac" İstirahət Mərkəzindən bildirilib ki, məsələ araşdırılıb və müştərinin dedikləri doğrudur: “Haqlı şikayətdir, dediyimiz heç bir şey orada yaşananlara haqq qazandırmayacaq”. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Aqrar
Gülağa Tənha Məktəb illəri "Otuz ilin sirri" IV hissə16:47, 04 iyun 2020
Gülağa Tənha "Soraqlayır"13:00, 03 iyun 2020
Azərbaycanda daha bir məmur həbs olundu 18:28, 02 iyun 2020
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib 18:25, 02 iyun 2020
Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır 18:23, 02 iyun 2020
BDU-da “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilib 18:22, 02 iyun 2020
AQTA-nın növbəti laboratoriyası milli və beynəlxalq akkreditasiyadan keçib 18:19, 02 iyun 2020
Şura 7 qrant müsabiqəsi elan edir 18:17, 02 iyun 2020
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılıb 18:14, 02 iyun 2020
AzTU-da “Gələcəyin mühəndisi -1” onlayn olimpiadası keçirilib 18:09, 02 iyun 2020
Bank of Baku-dan tibb işçilərinə özəl komissiyasız, zaminsiz 30.000 AZN-dək kredit!18:07, 02 iyun 2020
Azərbaycan Premyer Liqasının bərpa olunacağı tarix açıqlandı - RƏSMİ17:56, 02 iyun 2020
Gəncədə mənşəyi məlum olmayan baytarlıq preparatları aşkarlanıb 17:55, 02 iyun 2020
BDU-da “XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri” mövzusunda onlayn elmi seminar keçirilib 17:54, 02 iyun 2020
Gülağa Tənha Məktəb illəri "Otuz ilin sirri" III hissə15:00, 02 iyun 2020
Azay Quliyev QHT və qrant haqqında qanunun dəyişdirilməsini TƏKLİF ETDİ17:50, 01 iyun 2020
AzTU-nun professoru Türkiyə telekanalında erməni yalanlarını ifşa etdi - VIDEO17:46, 01 iyun 2020
Konvalesent plazma müalicəsi 17:44, 01 iyun 2020
Gömrük nəzarətindən gizlədilən etiketlər aşkar edildi 17:40, 01 iyun 2020
BDU 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ədəbi-musiqili kompozisiya hazırlayıb 17:39, 01 iyun 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə