Təqvim
GÜLAĞA QƏNBƏROV (TƏNHA): Allah mənə səbr-sizə isə ağıl versin! MÜSAHİBƏ
21 yanvar 2020 - 10:46

Redaksiyamızın əməkdaşı tanımış iş adamı, xeyriyyəçı-şair Gülağa (Tənha) Qənbərovdan musahibə almağa nail olmuşdur. Almaniyada gərgin iş başında olan həmyerlimiz, vaxtının az olmasına baxmayaraq, qısa da olsa gündəmdə olan məsələlərə münasibətini bildirib. Yeri gəlmişkən, elə iş başında olarkən, öz foto şəkilini də çəkib, WhatsApp-la bizə göndərib. (Fotonu oxucularımıza təqdim edirik)

*  *  *

Gülağa müəllim, kütləvi informasiya vasitələrində sizinlə şahmatçı Zeynəb Məmmədyarova ilə birgə ailə həyatınız barədə müsahibələr və məqalələr dərc olunur. Bununla əlaqədar münasibətinizi bilmək istərdik .

Ailə mövzusu ilə bağlı mən heç vaxt müsahibə, və hər hansı bir açıqlama etməmişəm və etmək fikrim də yoxdur! Şəxsən mən öz şəxsi həyatım barədə hər hansı bir məlumati, Zeynəb xanımın məsuliyyətsizliyinə uyub, ətrafdakılarla bölüşməyi, kənar adamların müzakirə mövzusuna çevrilməyi xoşlamıram. Mənim üçün ailə müqəddəsdir! Ailənin sirri yalnız və yalnız ailəyə aiddir!
Əgər Zeynəb xanım bu barədə vaxtaşırı ağızdolusu danışırsa, deməli hələ də məni yaddan çıxara bilmir, və ən nəhayət məndən uğurlu, yüksək intelektli kişi tapa bilməyib .Mənim Zeynəb xanıma həsr etdiyim bir şeirimin, bir misrasını hansısa bir kişi ona həsr etsəydi, bəlkə də yazıq qızcığaz təsəlli tapardı... Mən isə məni qane etməyənləri çox tez və asanliqla unuduram. Çünki həyat qısadır . Onu mənalı və cəmiyyət üçün yararlı yaşamaq lazımdır.

Zeynəb xanımla, 2010-cu ildə ayrıldıqdan sonra, 2012-ci ildə xoşbəxt ailə qurmuşam! Son səkkiz ildə dörd övladım dünyaya göz açıb!
Bu gün mən xoşbəxt ailə başçısıyam, xoşbəxt atayam! Üç aylıq körpəmi-qağayı kimi qığıldaya-qığıldaya çırpınan , mələk xislətli balamı bağrıma basıb Allahıma şükür edirəm! İşdən sonra evə qayıdanda , qapını açan kimi , iki yaşlı oğlum ata-ata deyə-deyə qollarını açıb, üstümə qaçanda, həyat yoldaşım məni gülərüz qarşılayıb , boynuma sarılanda , üzümdən öpüb qayğıma qalanda, paltomu asılqandan asanda...özümü dünyanın ən xoşbəxti hiss edirəm! Altı nəfərdən ibarət bütün ailə üzvləri -dörd balam, həyat yoldaşım və mən yemək masasının arxasında birgə şam yeməyi yeyəndən (üc aylıq körpəmiz artıq toyuğun budunu sovurur) sonra isə üç oğlum məni yerə uzadıb, qarnımın üstündə cütcü rəqsi oynayanda...“Allahıma min şükür “-deyirəm ! Bundan böyük səadət-xoşbəxtlik ola bilərmi?

Bax bu ailə xoşbəxtliyini Allahım mənə nəsib edib ! Mən bunu Zeynəb xanıma da arzu edirəm .
"Bəziləri isə hər yaz gələndə ayaqqabı dəyişən kimi, kişini də dəyişirlər..." və bu mentalitetimizə yaraşmayan vulqar həyat tərzini ictimailəşdirməklə, fəxr edirlər! Bu barədə gülə-gülə , sevinə-sevinə ağızdolusu danışırlar. Zənnimcə bu ağlamalı haldır ! Belə insanlara yazığım gəlir.
Belə insanlara nə deyə bilərəm? Allah mənə səbr-sizə isə ağıl versin!

Saytların birində Zeynəb xanım Sizinlə birgə ailə həyatiniz dövründə “kefkom” olduğunuzu vurğulayaraq , uzun müddət ərzində sizi tapa bilmədiyini söyləmişdir.

Əvvəla mənə elə gəlir ki, qadınlar bəzən məsuliyyətsizlikdən, qiybət etməyi xoşlayırlar...
Jurnalistlər də bu tip xanımların məsuliyyətsizliyindən istifadə edərək, onları öz reytingi naminə, açıq və lazimsız söhbətlərə cəlb edirlər...
Birinci onu deyə bilərəm ki, hər bir abrı-həyası olan qadin, üç dəfə və ya on üç dəfə ərə getməyini cəmiyyətdə reklam etməsə, daha ismətli xanım kimi təsəvvür yaradardı. Bu əsil Azərbaycan qadını ücün gülməlı və ya fəxr etməli hal deyil . Ağlamalı haldır.Onlarla ağıllı və düşüncəli olan analarımız birinci dəfə boşandıqdan sonra həyatlarını öz övladlarına sərf ediblər. İkinci və ya üçüncü dəfə ərə getməyiblər . Bəzən bunu etsələr də , elə ağılla hərəkət ediblər ki, heç doğma balaları bunu bilməyib. Çalışıblar ki, psixoloji tərbiyə nöqtəyi-nəzərdən, uşaqlar zərbə almasınlar. Əfsuslar olsun ki, bu gün bizim bəzi mənəvi dəyərlərimiz cılızlaşıb. Xanımlar öz əxlaqsızlıqları ilə fəxr edirlər... Görəsən belə xanımların ağsaqqal ataları, qeyrətli qardaşları bunu necə qəbul edirlər? (Yeri gəlmışkən qeyd edim ki, Zeynəb xanımın anasına şəxsən mənim böyük hörmətim və məhəbbətim var. Qaynanamın həmişə hörmətini saxlamışam və ömrümün sonuna qədər öz anam kimi qayğısına qalacam.)
Bilirsinizmi, alim olmaq, cilid-cilid kitablar yazmaq və ya dünya şöhrətli şahmatçı olmaq-bu hələ cəmiyyət üçün müdrük və dəyərli insan olmaq demək deyil! Alicənab insan gərək öz alicənablığını hər bir hərəkətində, hər bir davranışında və danışığında cəmiyyətlə bölüşsün. Cəmiyyətin və gələcək nəslin tərbiyəsinə müsbət təsir göstərə bilsin, cəmiyyət ücün dəyərli insan kimi tanınsın.
Mən 2002-ci ildən 2010-cu ilə qədər, 8 il müddətində Zeynəb xanımı cəmiyyət ücün şəxsiyyət kimi yetişdirməyə, dəyərli insan kimi tərbiyə etməyə çalışdım! Əfsuslar olsun ki, səbrim tükəndi, həyatımı yararsız və mənasız yaşamaq istəmədim!
Amma, hər bir halda Zeynəb Məmmədyarova oğlum Eltonun anasıdır .Övlad isə hər bir ata üçün əziz və toxunulmazdır!
Müsahibəni götürdü: RAMİZ MİRZƏ
AZpress.AZ

 

DİQQƏT:  REDAKSİYA QARŞI TƏRƏFİN də MÖVQEYİNİ YAYIMLAMAĞA HAZIRDIR!...

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə