Təqvim
Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan aliminin monoqrafiyasının təqdimatı keçirilib (+FOTOLAR)
21 noyabr 2019 - 17:57

Canveten.az xəbər verir ki, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji UniversitetindəAzərbaycan alimi Əzizağa Nəcəfzadənin “Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” monoqrafiyasının təqdimatı keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirdə nizamişünas alim, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Lalə Əlizadə, DDPU-nin professor-müəllim heyəti, tələbələr iştirak edib.

Universitetin müəllimi, dosent Marxabo Sabirova qonağa bu ali məktəb haqqında məlumat verib, qeyd edib ki, universitetimiz 1947-ci ildən böyük Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Alim universitetdə Nizami irsi ilə əlaqədar aparılan elmi-tədqiqat işləri haqqında söhbət açıb, təqdim olunan kitabın əhəmiyyətindən danışıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov mərkəzin fəaliyyəti haqqında məlumat verib, bildirib ki, Özbəkistanın bir sıra universitetlərində, o cümlədən  bu ali məktəbdə “Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi” yaradtmışıq vəuğurla fəaliyyət göstərir. Mərkəzdə Azərbaycanın və Özbəkistanın dövlət bayraqları, ölkəmizin tarixi, ədəbiyyatı, mədəniyyəti, ulu öndər Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif kitablar, Azərbaycan xalçaları və qədim filmlərimiz, milli musiqilərimizdən ibarət disklər sərgilənir.

Lalə Əlizadə bu il Bakıda çap olunan bu kitab haqqında ətraflı məlumat verib, monoqrafiyanın müəllifi Əzizağa Nəcəfzadənin onun tələbəsi olduğunu vurğulayıb. Alim bildirib ki, bu qiymətli kitabda XIX-cu əsrin əvvəllərindən başlayaraq iki əsrlik bir müddətdə Azərbaycan nizamişünaslığında Nizami Gəncəvinin yeri və mövqeyi haqqında danışılır, böyük şairin yaradıcılığında türklüyə xüsusi rəğbətin elmi əsaslarla sübuta yetirilməsi tarixi-xronoloji ardıcıllıqla təhlil edilir.

     Bu kitabın təqdimatı Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı UniversitetindəkiMəhəmməd Füzuli adına Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzində də keçirilib.

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə