Canveten.az xəbər verir ki, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri namizədi Rəşid Fətəliyev Geologiya və Geofizika İnstitutunun əməkdaşı A.Səmədov ilə birgə Siyəzən və Xızı rayonları ərazisində çöl tədqiqat işləri aparmışlar. Elmi ədəbiyyatda “Köhnə dərəbinə kəsilişi” kimi tanınan Giləzi-Xızı yolunun sağında, Vərəftə silsiləsinin cənub-şərq yamacı boyunca müşahidə olunan müxtəlif rəngli gil laylarının geoloji, geomorfoloji və paleocoğrafi cəhətdən öyrənilməsi məqsədilə Böyük Qafqazın şimal-şərq yamacında yer almış geoloji-təbiət abidələrinin, o cümlədən əsasən Xızır-Zində ziyarətgahı kimi tanınan məşhur Beşbarmaq dağı kimi təbiət abidələrini formalaşdıran süxurlardan laboratoriya analizləri üçün süxur nümunələri götürülmüş, onların ümumi stratiqrafik vəziyyəti, eləcə də yerləşdikləri ərazinin geoturizm imkanları araşdırılmışdır.
Bütün hüquqlar qorunur © 2021