Təqvim
Ağdamda məcburi köçkün uşaqlar üçün tibbi aksiya keçirilir (+FOTOLAR)
05 noyabr 2019 - 12:17

Canveten.az xəbər verir ki,  Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində “Uşaq ürəkləri Qarabağda döyünür!” şüarı altında məcburi köçkün uşaqlar  və böyüklər üçün tibbi xeyriyyə aksiyası keçirilir.

Noyabrın1-də başlayan və iki gün davam edəcək aksiya çərçivəsində  Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin  Mərkəzi Hospitalının 20 tibb işçisindən ibarət briqadası Ağdam rayonuna  ezam olunub. Yüksək ixtisaslı həkimlər burada müasir tibbi avadanlıqlarla tam təchiz olunmuş Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin  Mobil Səyyar Hospitalında və Ağdam Rayon Mərkəzi Xəstəxanasında məcburi köçkün pasiyentləri müayinə ediblər. Müayinəyə 250-yə yaxın məcburi köçkün cəlb olunub.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov bildirib ki, böyük diaqnostik imkanlara və kadr potensialına malik tibb ocaqlarının müntəzəm olaraq bölgələrdə xeyriyyə aksiyalarını keçirməsi Prezident İlham Əliyevin sosial yönümlü siyasətinin bariz nümunəsidir. Azərbaycanda əhalinin sağlamlığının qorunması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Bu məqsədlə səhiyyə sistemi təkmiləşdirilir və inkişaf etdirilir, vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərilməsi üçün müxtəlif tədbirlər görülür. Prezident İlham Əliyevin tapşırığı ilə hər il respublika əhalisi hərtərəfli tibbi müayinəyə cəlb olunur. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin müayinə və müalicəsində Birinci vitse-prezident xanım Mehriban Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çox böyük xidmətləri vardır.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən cari ildə Astara şəhərində, Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində və Füzuli rayonunun Horadiz şəhərində Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkimləri tərəfindən uşaqların və böyüklərin müayinələrinin edildiyini bildirən Ceyhun Məmmədov, ümumilikdə bu xeyriyyə aksiyalarında 600 nəfərə yaxın insanın diaqnostik tibbi müayinədən keçdiyini diqqətə çatdırıb.

Regionlarda yaşayan uşaqlar arasında ürək xəstəliklərinin erkən aşkarlanması və müalicəsinin vacibliyini vurğulayan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudov bildirib ki, Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkimləri regionlarda yaşayan əhalinin zəruri tibbi xidmətlərlə təminatına dəstək məqsədilə ən yüksək texnologiyalar əsasında onların mütəmadi olaraq müayinələrini  həyata keçirir. O, qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya" çərçivəsində keçirilən bu layihə çox böyük əhəmiyyət kəsb edir. Bu gün vaxtında üzə çıxarılmış ürək-damar xəstəliyi və onun aradan qaldırılması yüzlərlə insana sağlamlıq bəxş etmək deməkdir. Cocuq Mərcanlıda müayinələr zamanı ürəklərində mürəkkəb qüsurlar aşkarlanan 7 uşaq H.Əliyev Fondunun dəstəyi ilə Mərkəzi Gömrük Hospitalında əməliyyat olunaraq sağlamlıqlarına qovuşublar.

Tibbi aksiyada iştirak edən Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müşaviri Nəsimi Nərimanov qeyd edib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə  indiyədək  Bakı, Gəncə, Şəki, Mingəçevir, Naftalan şəhərlərində, Bərdə və digər rayonlardakı məcburi köçkün qəsəbələrində tibbi müayinələr və qanvermə aksiyaları keçirilib. Tibbi müayinələrə respublikada fəaliyyət göstərən özəl və dövlət xəstəxanalarının yüksək ixtisaslı həkim briqadaları cəlb olunub. Bundan başqa, yerli dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı ilə məcburi köçkünlər üçün ilk tibbi yardım təlimləri də həyata keçirilib.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının həkimləri tərəfindən aparılan müayinələr zamanı EXO, USM, EKQ və digər tibbi avadanlıqlar vasitəsilə səhhətində problem aşkarlanan uşaqların valideynlərinə peşəkar tibbi məsləhətlər verilib və  müvafiq müalicələr təyin olunub. Tibbi aksiyanın məqsədi Ağdam rayonunda yaşayan uşaqların ən yüksək texnologiyalar əsasında diaqnostik tibbi müayinəsinə, eləcə də məcburi köçkünlərə yaşadıqları ərazidə yüksək keyfiyyətli səhiyyə xidmətindən istifadə etməsinə imkan yaratmaqdır.

 

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə