Təqvim
Daşkənddə keçirilən “Xalqların mətbəxi və adət ənənələri” festivalında Azərbaycan da təmsil olunub (+FOTOLAR)
29 oktyabr 2019 - 14:57

Canveten.az xəbər verir ki, Daşkənddəki Dünya Dilləri Universitetinin nəzdindəki Akademik Litseydə “Xalqların mətbəxi və adət ənənələri” adlı festivalı keçirilib.

Tədbirə Özbəkistanda fəaliyyət göstərən səfirliklər və mədəniyyət mərkəzləri qatılıb. İştirakçılar öz ölkələrinin tarixi, mədəniyyəti, milli mətbəxini təqdim ediblər.

Ölkəmizi bu tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi  təmsil edib.                                                                                                                                                            

Azərbaycan üçün ayrılan guşədə ölkəmizin bayrağı, dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlarla əlaqədar kitablar nümayiş olunub. Nəşrlər arasında ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı, ədəbiyyatına dair Mədəniyyət Mərkəzinin özbək dilində Daşkənddə çap etdirdiyi çoxsaylı nəşrlər, habelə ölkəmizin təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən çap olunan kitablar da yer alıb.

Azərbaycanın mənzərələrini əks etdirən tablolar, suvenirlər, milli mətbəximizin nümunələri guşəyə gələnlərin diqqətini cəlb edib.

Mədəniyyət Mərkəzinin əməkdaşı Kifayət Pirməmmədova guşəyə gələnlərə ölkəmizin tarixi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-Özbəkistan dostluğu haqqında məlumat verib,  onlar Azərbaycan mətbəxinin ləziz yeməklərinə və şirniyyatlarımıza  qonaq ediliblər.

Daha sonra Festivalda iştirak edən musiqiçilərin iştirakı ilə bədii proqram təqdim olunub. Mərkəzin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib.

     Sonda festivalda aktiv iştirak edənlərə diplomlar təqdim edilib. Diplom alanlar arasında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzidə olub.

 

           

                                                                                                        

Sosial şəbəkələrdə paylaş:
Əməliyyat təlimində qoşunlar yerdəyişmə tapşırıqlarını icra edib (+FOTOLAR,+VIDEO) 02:04, 16 noyabr 2019
Əməliyyat təlimi çərçivəsində Naxçıvan Qarnizonu qoşunlarının fəaliyyətləri davam edir (+FOTOLAR, +VIDEO) 01:43, 16 noyabr 2019
Əməliyyat təlimi çərçivəsində HHQ qarşıya qoyulan tapşırıqları icra edir (+FOTOLAR,+VIDEO) 01:21, 16 noyabr 2019
Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirilib (+FOTOLAR) 00:47, 16 noyabr 2019
İlham Əliyevin adından Dünya dini liderlərinin II Bakı Sammitinin iştirakçılarının şərəfinə ziyafət verilib (+FOTOLAR) 19:24, 15 noyabr 2019
İlham Əliyev Dünya dini liderlərinin II Sammitinin açılış mərasimində iştirak edib (+FOTOLAR) 17:55, 15 noyabr 2019
Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulub (+FOTOLAR) 12:08, 15 noyabr 2019
Nərimanov rayonunda “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib (+FOTOLAR) 11:59, 15 noyabr 2019
Azərbaycan "Özbəkistan bizim ümumi evimizdir" Festivalında təmsil olunub (+FOTOLAR) 11:50, 15 noyabr 2019
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub (+FOTOLAR) 11:41, 15 noyabr 2019
Əməkdar Artist İlham Nəzərovun “Qu quşunun nəğməsi” albomu Fransada ilin ən yaxşı təfsirçisi kateqoriyasında qalib seçildi (+FOTO) 01:32, 15 noyabr 2019
“Sərhədsiz muzey” (+FOTOLAR) 01:16, 15 noyabr 2019
Özbəkistanda Azərbaycan-Özbəkistan dostluğuna aid “Dostluq riştələri” adlı sənədli film nümayiş etdirilib (+FOTOLAR) 01:18, 13 noyabr 2019
BDU-da 9 noyabr - Dövlət Bayrağı Günü qeyd olunub (+FOTOLAR) 18:54, 12 noyabr 2019
Bakı Musiqi Akademiyasında BMA-nın professoru, Xalq artisti, Şöhrət ordenli Yalçın Adıgözəlovun 60 illik yubileyi təntənəli şəkildə qeyd olundu (+FOTOLAR) 18:47, 12 noyabr 2019
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başladı (+FOTOLAR, +VIDEO) 18:09, 12 noyabr 2019
Mehriban Əliyevadan Bayraq Günü paylaşımı (+VİDEO) 17:34, 12 noyabr 2019
Müdafiə naziri Dövlət Bayrağı Gününü hərbi hissədə qeyd edib (+FOTOLAR, +VIDEO) 16:15, 12 noyabr 2019
Göyçayda XIV Nar festivalı keçirilib (+FOTOLAR) 01:53, 12 noyabr 2019
AVTOMOBİL QƏZASI QAZ TƏSƏRRÜFATINA ZİYAN VURDU (+FOTOLAR) 17:20, 08 noyabr 2019
 

Bütün hüquqlar qorunur © 2019

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə