Təqvim
BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş beynəlxalq simpozium keçirilib (+FOTOLAR)
25 oktyabr 2019 - 13:37

Canveten.az xəbər verir ki, Bakı Dövlət Universitetində (BDU) xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində xüsusi rol oynamış İmadəddin Nəsiminin anadan olmasının 650-ci ildönümünə həsr olunmuş “Türk dünyasının mədəniyyət səfirləri: Nəsimi beynəlxalq simpoziumu” keçirilib.

BDU və Türkiyənin Sivas Universitetinin birgə təşkilatçılığı ilə keçirilən simpoziumu universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə açaraq böyük mütəfəkkir İmadəddin Nəsiminin Şərq və Qərb xalqlarının mədəniyyətində və ədəbiyyatındakı əhəmiyyətli rolundan bəhs edib. Prezident İlham Əliyevin 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamından sonra keçirilən çoxsaylı tədbirlərdən danışan A.Kazımzadə bugünkü simpoziumu həm də ortaq dəyərlərə olan münasibət kimi qiymətləndirərək onun işinə uğurlar arzulayıb. 

BDU-nun rektoru Elçin Babayev Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dahi Azərbaycan şairinin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği istiqamətində görülən işlərdən bəhs edib, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi ili” elan edildiyini diqqətə çatdırıb. 2017-ci ildə UNESCO-nun Parisdəki baş qərargahında böyük söz ustadının vəfatının 600 illiyinin qeyd edildiyini bildirən rektor ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının keçirildiyinə də diqqət çəkib. 

Əsərlərində mədəni müxtəlifliyi, humanist ideyaları əks etdirən Nəsiminin bütün türk dünyasının fəxri olduğunu vurğulayan E.Babayev böyük ortaq dəyərlər əsas götürülərək BDU və Sivas Universitetinin təşkilatçılığı ilə baş tutan simpoziumun onun zəngin irsinin daha yaxşı öyrənilməsinə imkan yaradacağına, elmi, ədəbi və mədəni əlaqələrimizin inkişafına xüsusi töhfə verəcəyinə əmin olduğunu ifadə edib. 

E.Babayevin sözlərinə görə, Nəsimi yaradıcılığına lirik şeirlərlə başlasa da, sonradan ictimai-siyasi mövzularda kifayət qədər çox əsərlər yaradıb və o, sözün əsl mənasında fəlsəfi qəzəlin banisi kimi tarixə düşüb. Nəsimi yaradıcılığının Azərbaycan dilinin tarixini, inkişafını öyrənmək baxımından da əhəmiyyət kəsb etdiyini qeyd edən rektor, dahi şairin ən böyük işlərindən biri kimi ana dilində yazıb-yaratmaq və özündən sonra bir məktəb yaratmasını xüsusilə qeyd edib.

Rektor Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 650 min ağacın əkilməsi ilə bağlı təşəbbüsündən danışaraq onun ekoloji, siyasi və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıdığını və Bakı Dövlət Universitetinin bu aksiyada fəal iştirak edəcəyini qeyd edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən yubileylə əlaqədar çox gözəl təşəbbüslər irəli sürüldüyünü vurğulayan rektor ölkə üzrə bu cür tədbirlərin davam etməkdə olduğunu diqqətə çatdırıb. 

Sonra Sivas Cümhuriyyət Universitetinin rektoru, professor Alim Yıldız Azərbaycanla Türkiyə arasında ortaq dəyərlərdən danışıb və 14-cu yüzillikdə türk dünyasının böyük şairlərindən olan Nəsimi ilə bağlı keçirilən simpoziumun gələcək əməkdaşlığa xüsusi töhfə verəcəyini qeyd edib. 

Filologiya fakültəsinin dekanı Elçin Məmmədov isə Azərbaycan klassiklərinin zəngin irsinin öyrənilməsinə dövlət dəstəyindən danışaraq simpoziumun verəcəyi faydalardan danışıb. 

Türkiyən səfirliyinin təhsil müşaviri Nihad Büyükbaş, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyinin (TİKA)  koordinatoru Teoman Tiryaki, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat bütövlükdə türk dünyasının dahi şairi, mütəfəkkiri, filosofu Nəsimi ilə bağlı keçirilən simpoziumu yüksək qiymətləndirib, bölmə iclaslarında dinləniləcək məruzələrin onun zəngin irsinin daha dərindən öyrənilməsi baxımından səmərəli olacağını qeyd ediblər. 

Professor Bilal Kemikli “Sirri faş etmək: təsəvvüf şeiri və Nəsimi” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, əslində, Nəsimi sirri faş etmirdi, o şeirlərində həqiqəti deyirdi. 

Simpozium işini bölmə iclasları ilə davam etdirib. Ümumilikdə 8 (səkkiz) bölmədə 31 məruzə dinlənilib.

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə