Təqvim
“TGT Ailəmiz” - ADPU-nun Tələbə Gənclər Təşkilatı birinci tədris ili tələbələri üçün tanışlıq tədbiri keçirib (+FOTOLAR)
24 oktyabr 2019 - 14:54

Canveten.az xəbər verir ki, oktyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əsas tədris binasının böyük akt zalında ADPU Tələbə Gənclər Təşkilatı (ADPU TGT) yeni qəbul olunmuş tələbələr üçün tanışlıq tədbiri keçirib. Bədii kompazisiya şəklində qurulan tədbirdə prorektorlar, professor Fikrət Rzayev və professor Asəf Zamanov, Kimya fakültəsinin dekanı, dosent Elnarə Mehbalıyeva, rektorun müşaviri Ümid Mehdiyev, Tədbirlərin təşkili və tələblərlə iş şöbəsinin müdiri Turan Kərimli, o cümlədən universitetin 9 fakültəsində təhsil alan 500-dək tələbəsi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Bakı Avrasiya Universitetinin, Azərbaycan Dövlət Dəniz Akademiyası və Bakı 1 saylı  Baza Tibb Kollecinin TGT sədrləri və fəalları iştirak edib.

Açılış nitqi ilə çıxış edən Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev Tələbə Gənclər Təşkilatının hər bir gənc tələbənin formalaşmasında müstəsna rol oynadığını bildirib. O qeyd edib ki, bu baxımdan ADPU TGT ölkədə sözünü demiş köklü bir təşkilatdır və tələbələr məhz ADPU-nun TGT-nə üzv olmaqla bir addım öndə olurlar.

Tədbir boyu tələbələrin və vaxtilə TGT üzvü olmuş uğurlu gənclərimizin ADPU TGT haqda fikirlərindən və TGT-nin liderlik məktəbi kimi müxtəlif ən böyük tədbirlərindən görüntülərin əks olunduğu videoçarxlar nümayiş olunub, “TGT-də yardımlaşma”, “Müəllim və tələbələr pantonimi” adlı səhnəciklər göstərilib. Fizika və Məktəbəqədər fakültələrinin tələbələrindən ibarət qrupların ifasında “Vokalizm” və papuri-milli rəqs kombinasiyası nümayiş olunub.

Daha sonra universitetin istedadlı tələbələrindən Nəzrin İbrahimovanın ifasında “Azərbaycan” mahnısı səslənib.

Tədbirin qonağı, müğənni Rəhim Məcidin ifasının sədaları altında TGT üzvlərinin iştirakçılara və qonaqlara içərisində xoş diləklər qeyd olunmuş sinvolik hədiyyə qutucuqları paylaması maraqla qarşılanıb.

Professor Fikrət Rzayevin təklifi ilə sonda həmrəylik rəmzi kimi musiqisiz, 500-dən çox tələbənin Azərbaycan Himnini ifa etməsi isə tədbirin ən təsirli anı olub.

 

Taleh MİRZƏYEV

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə