Təqvim
AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır (+FOTO)
18 oktyabr 2019 - 13:42

Canveten.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin bu gün keçirilən iclasında müzakirə edilən məsələlərdən biri Rəyasət Heyətinin nəzdində İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzinin yaradılması olub. Mövzu ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, son illər dünyada mövqeyi daha da möhkəmlənməkdə, nüfuzlu beynəlxalq qurumlar və dövlətlərlə əməkdaşlıq əlaqələri genişlənməkdə olan Azərbaycanın dövlət müstəqilliyini əldə etdikdən sonra beynəlxalq səviyyədə dəstəklədiyi ən mühüm təşəbbüslərdən biri tarixi İpək Yolunun bərpası layihəsidir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və Avropa Komissiyasının dəstəyi ilə 1998-ci ilin sentyabrında Bakıda keçirilmiş “TRASEKA – Tarixi İpək Yolunun bərpası” beynəlxalq konfransının qərarlarının bu tarixi prosesə ciddi təkan verdiyini deyən akademik onu da qeyd edib ki, ölkəmizdə həyata keçirilən önəmli infrastruktur layihələri, o cümlədən 2015-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində iki ölkə arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalanması, dövlət başçısının bu ilin aprelində Pekində “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı Azərbaycanın İpək Yolunun bərpası layihəsinə xüsusi önəm verməsinin göstəricisidir.

Akademik İ.Həbibbəyli ölkəmizin İpək Yolu layihəsinin tarixi-mədəni və humanitar istiqamətlərinin inkişafında da maraqlı olduğunu, bu sahədə müxtəlif beynəlxalq təşkilatlar, xüsusilə YUNESCO ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Bildirib ki, hazırda İpək Yolunun bərpası layihəsi ilə bağlı beynəlxalq səviyyədə yaranan yeni reallıqlar və çağırışlar, eyni zamanda dövlət səviyyəsində layihə ilə bağlı fəaliyyətin prioritetliyi bu istiqamətdə araşdırmaların məqsədyönlü koordinasiyası və yeni kompleks tədqiqatların reallaşdırılması zərurətini meydana çıxarıb.

Qeyd olunanlar nəzərə alınaraq AMEA Rəyasət Heyətinin nəzdində İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzinin yaradılması qərara alınıb və akademik Şahin Mustafayev mərkəzin direktoru təyin edilib. İpək Yolunun tarixi və mədəni irsinin öyrənilməsi, Azərbaycanın tarixi İpək Yolu üzərində beynəlxalq ticarət əlaqələrinin və onların ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafına təsirinin araşdırılması, Azərbaycanın İpək Yolu ilə bağlı maddi və qeyri-maddi mədəni abidələrinin tədqiqi, bu irsin qorunması və təbliği üçün lazımi ekspert fəaliyyətinin göstərilməsi, İpək Yolunun keçdiyi ərazilərdə mühüm tarixi və mədəni yazılı abidələrinin tədqiqi, tərcüməsi və nəşrinin təşkili, Azərbaycanın dünya iqtisadi və ticarət sisteminə inteqrasiyası istiqamətində yeni İpək Yolunun yaratdığı imkan və çağırışların araşdırılması və proqnozlaşdırılması, İpək Yolunun tədqiqi və təbliği sahəsində AMEA-nın müxtəlif institutları və kənar təşkilatlarla fənlərarası elmi-araşdırma və tətbiqi xarakterli layihələrin həyata keçirilməsi kimi məsələlər mərkəzin əsas elmi prioritetləri olaraq müəyyən edilib. Bundan əlavə, mərkəzin Məsləhət Şurasının yaradılması, Əsasnaməsinin hazırlanaraq AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim edilməsi və digər məsələlər qərara alınıb.

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə