Təqvim
Mingəçevir Dövlət Universitetində Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib (+FOTOLAR)
11 oktyabr 2019 - 01:14

Canveten.az xəbər verir ki, Mingəçevir Dövlət Universitetində (MDU) Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə BDU-nun rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Qonaqları salamlayan MDU-nun rektoru Şahin Bayramov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti kimi dəyərləndirdiyi BDU-nun 100 illik yubileyinə həsr olunan növbəti tədbirin MDU-da keçirilməsinin professor-müəllim və tələbə heyəti üçün mühüm hadisə olduğunu bildirib. Ş.Bayramov ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunan BDU-nun adının Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə bağlı olduğunu, bu universitetin sonralar ölkəmizdə yaradılan digər ali təhsil müəssisələrinin formalaşmasında mühüm baza rolunu oynadığını qeyd edib. O, BDU-nun milli ali təhsilimizin flaqmanı, çoxminli professor-müəllim heyətinin cəmləşdiyi elm məbədi və Azərbaycan ali təhsilinin ümumi mənzərəsini müəyyən edən aparıcı ali təhsil ocaqlarından biri olmasını diqqətə çatdırıb. Ş.Bayramov Azərbaycan ali təhsilinin beynəlxalq ali təhsil məkanında layiqincə təmsil olunmasında BDU-nun müstəsna xidmətlərini qeyd edib və dünya universitetlərinin bir sıra reytinq siyahılarına ölkəmizdən yalnız bu universitetin daxil edildiyini bildirib. O, Azərbaycan tarixində ilk dəfə olaraq BDU-nun 100 illik yubileyinin UNESCO-da qeyd olunmasının hər bir azərbaycanlıya və xüsusilə də təhsil işçisinə böyük qürur hissi yaşatdığını vurğulayıb.

Ş.Bayramov MDU-da tədrisin keyfiyyətinin yüksəldilməsi və bu universitetin Azərbaycan ali təhsilinin ümumi xəritəsindəki mövqeyinin gücləndirilməsinə hədəflənən fəaliyyətdə digər tərəfdaşlarla yanaşı, BDU ilə əməkdaşlığa və bir əsrlik tarixi olan bu ali təhsil ocağının təcrübəsindən faydalanmağa xüsusi önəm verdiklərini qeyd edib. O, BDU-nun 100 illik yubileyinə həsr olunan görüş çərçivəsində əsası qoyulan BDU-MDU əməkdaşlığının paytaxt və region universitetləri arasında əməkdaşlığın nümunəvi modelinə çevrilə biləcəyinə əminliyini bildirib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev MDU-nun professor-müəllim və tələbə heyətini salamlayıb və tədbirin təşkili üçün universitet rəhbərliyinə təşəkkür edib.

Mingəçevir Dövlət Universitetinin fəaliyyət göstərdiyi illər ərzindəxalqımızın ziyalı təbəqəsinin formalaşmasında mühüm rol oynadığını, milli təhsil sisteminin və mənəvi tərbiyə formalarının yaradılmasında xüsusi xidmətlər göstərdiyini bildirən rektor Elçin Babayev ali təhsilin bütün səviyyələri üzrə kadr hazırığını həyata keçirən universitetin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.

Son vaxtlar universitetin həyatında böyük canlanma müşahidə edildiyini bildirən rektor aparılan islahatların Mingəçevir Dövlət Universitetinin nüfuzunun daha da yüksələcəyinə, beynəlxalq standartlara uyğun ən müasir tədris planları və tədris texnologiyaları əsasında təhsil prosesini təşkil etməklə yüksəkixtisaslı mütəxəs­sis­ hazırlığına təkan verəcəyinə və respublika əhəmiyyətli ali təhsil müəssisəsinə çevriləcəyinə inamını ifadə edib.

Tədbirdə çıxış edən BDU rektorunun müşaviri Əliş Ağamirzəyev iki universitet arasında əməkdaşlıq üçün potensial imkanların mövcudluğunu və bu istiqamətdə real işlərin həyata keçirilməsinə hazır olduqlarını bildirib.

Sonra BDU-nun məzunu, MDU-nun “İqtisadiyyat” kafedrasının müdiri Cəmilə Musayeva bakalavriat, magistratura və doktorantura təhsilini aldığı universitetdə keçirdiyi tələbəlik illərindən bəhs edib və 100 yaşı qeyd olunan universitetin professor-müəllim heyətinin onun karyera inkişafında mühüm rol oynadığını bildirib. C.Musayeva məzunu olduğu BDU-nun hazırda fəaliyyət göstərdiyi MDU-da keçirilən yubiley tədbirində çıxış etmək imkanı əldə etməsindən fəxarət hissi keçirdiyini və belə bir universitin məzunu olması ilə qürur duyduğunu vurğulayıb.

Görüşün sonunda BDU ilə MDU arasında əməkdaşlıq haqqında Protokol imzalanıb. Sənəd iki universitet arasında tələbə mübadiləsi, kreditlərin tanınması, müəllimlərin ixtisaslarının artırılması, tədqiqat metodları üzrə təcrübə mübadiləsi, ortaq elmi tədqiqatların aparılması, birgə elmi konfransların təşkili, beynəlxalq layihələrdə iştirak və digər sahələrdə qarşlıqlı faydalı real əməkdaşlığın yaradılmasını nəzərdə tutur.

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə