AMEA-nın müxbir üzvü Şahvələd Xəlilovun 80 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib (+FOTOLAR)

Təqvim
AMEA-nın müxbir üzvü Şahvələd Xəlilovun 80 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib (+FOTOLAR)
04 oktyabr 2019 - 18:06

Canveten.az xəbər verir ki, oktyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsi və akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Elmi Şurasının birgə iclası keçirilib. Gündəlikdə yer alan əsas məsələ tanınmış coğrafiyaçı alim, AMEA-nın müxbir üzvü Şahvələd Xəlilovun anadan olmasının 80 illiyinə həsr edilən elmi sessiya olub. Tədbirdə bölmə üzvləri, müvafiq elmi müəssisələrin direktorları, direktor müavinləri və elmi katibləri, Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvləri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov ilk olaraq yer elmləri üzrə elmlər doktoru Qulam Babayevə AMEA-nın professoru diplomunu təqdim edib.

Sonra elmi sessiya öz işinə başlayıb. Görkəmli alim Şahvələd Xəlilovun həyat və elmi fəaliyyətindən danışan akademik Fəxrəddin Qədirov onun ölkəmizdə göllərin və su anbarlarının tədqiqində əvəzsiz xidmətləri olduğunu vurğulayıb. Qeyd edib ki, 2001-ci ildə AMEA-nın  müxbir üzvü seçilmiş Ş.Xəlilov Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda la­boratoriya müdiri, Ekocoğrafiya şöbəsinin rəhbəri, elmi işlər üzrə direktor müavini və digər vəzifələrdə çalışıb. Nəzərə çatdırıb ki, Ş.Xəlilov 1978-1984-cü illərdə Azərbaycan Elmlər Akademiyasının partiya komitəsinin katibi olub, Bakı Şəhər Sovetinin deputatı seçilib. Azərbaycan müstəqillik əldə etdikdən sonra alimin Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının əsas təşkilatçıla­rın­dan biri olduğunu, rayon təşkilatı sədrinin birinci müavini seçildiyini, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komis­siyasının ekspert şurasının üzvü kimi fəaliyyət göstərdiyini bildirib.

Bölmənin akademik-katibi vurğulayıb ki, böyük coğrafiyaşünas Ş.Xəlilov elmi biliklərini, əldə etdiyi nəticələri Azərbaycan Televiziyasında aparıcısı olduğu verilişlər vasitəsilə geniş ictimaiyyətə çatdırıb: “Alim 20 il ərzində çox sevilən “Səyahət” və “Sovet Azərbay­canına səyahət” elmi-kütləvi verilişlərinin dai­mi aparıcısı olub. O, bu proqramlarda ölkəmizdəki göllər, su anbarları haqqında kifayət qədər dolğun məlumatlar verib”.

Görkəmli alimin tədqiqatlarından, əldə etdiyi elmi nəticələrdən hər zaman geniş istifadə olunduğunu deyən F.Qədirov onun xatirəsinin daim yaddaşlarda yaşayacağını bildirib.

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov çıxış edərək Ş.Xəlilovun elmi tədqiqatları haqqında məlumat verib. Bildirib ki, görkəmli alimin elmi fəaliyyətinin əsas istiqamətləri Azərbaycanın su anbarları və göllərinin hidroloji xüsusiyyətləri, su anbarlarının lillənməsi və sahillə­ri­nin dina­mikası, su təsərrüfatı tədbirlərinin tədqiqidir. Qeyd edib ki, onun su anbarlarının ətraf mühitə təsiri, mühafizəsi, səmərəli istifadəsi problemləri sahəsində də mühüm işləri olub.

Ş.Xəlilovun öz işinə hər zaman məsuliyyətlə yanaşdığını deyən akademik onun bir sıra mühüm elmi nəticələr əldə etdiyini diqqətə çatdırıb: “O, Azər­baycan coğrafiyaçıları içərisində ilk dəfə yeni su anbarlarının səmərəli yerləş­diril­məsinin əsas ekoloji-coğrafi prinsiplərini işləyib hazırla­yıb. Mövcud su anbarlarının ətraf mühitə neqativ təsirlərinin, o cümlədən onların lillənməsi və sahillərinin dinamikasının intensivliyi proqnozunu ver­ib. Onun 1995, 1997 və 2000-ci illərdə əldə etdiyi elmi nəticələr Azər­baycan Elmlər Akademiyasının Rəyasət Heyətində coğrafiya elminin əhəmiyyətli nəticələri kimi qəbul edilib”.

R.Məmmədov vurğulayıb ki, görkəmli alimin ölkəmizin gölləri və su anbarlarının mühafizəsi və səmərəli istifadəsi üzrə elmi nəticələri Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfin­dən Azərbaycan Respublikasının su ehtiyatlarının kompleks istifadəsi və mühafi­zəsi üzrə baş sxeminin tərtibində istifadə olunub.

Şahvələd Xəlilovun 100-dən çox elmi əsərin, o cümlədən 5 monoqrafiyanın mü­əllifi olduğunu deyən akademik onu da əlavə edib ki, alimin Azərbaycan Sovet Ensiklopediyasının VI-X cild­lərində çaylar, göllər və su anbarlarına aid 50-dən artıq məqaləsi çap edilib.

Ramiz Məmmədov görkəmli alimlə bağlı xatirələrini bölüşüb, onun xatirəsinin daim yad ediləcəyini bildirib.

Elmi sessiyada AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədov, Bakı Dövlət Universitetinin Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə, həmin universitetin Coğrafiya fakültəsinin dekanı, dosent Şəkər Məmmədova, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev, Bakı Dövlət Universitetinin professorları – Tapdıq Həsənov, Şövqi Göyçaylı və digərləri çıxış ediblər. Natiqlər Ş.Xəlilovun həyat və elmi fəaliyyətindən danışaraq görkəmli alimin ölkəmizdə göllərin və su anbarlarının tədqiqindəki xidmətlərinin əvəzsiz olduğunu söyləyiblər, onunla bağlı xoş xatirələrini paylaşıblar.

Çıxış edən mərhum alimin oğlu Eldar Xəlilov atası ilə bağlı xatirələrini bölüşüb, tədbirin təşkilinə görə ailə üzvləri adından AMEA rəhbərliyinə, həmçinin qonaqlara təşəkkürünü bildirib.

Sonda bir sıra cari məsələ müzakirə olunub.

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə