Təqvim
“AZƏRBAYCAN MUSİQİ TARİXİ” Kitabının təqdimatı (+FOTOLAR)
25 sentyabr 2019 - 00:56

Canveten.az xəbər verir ki, sentyabr ayının 20 - dəAzərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində görkəmli musiqişünas-alim, Əməkdar incəsənət xadimi və Əməkdar elm xadimi, Akademik Zemfira Səfərovanın layihə rəhbərliyi və elmi redaktorluğu ilə hazırlanan “Azərbaycan musiqi tarixi” (IV cild) kitabının təqdimatı keçirildi.   

Görkəmli musiqi xadimlərini bir araya gətirən tədbirin ön sözü Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadəyə verildi.         

Ardınca AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbi üzvü, sənətşünaslıq elmləri doktoru, professor Ertəkin Salamzadə; Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova; Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor  Tariyel Məmmədov; Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva; Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İmruz Əfəndiyeva; Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə və Bakı Musiqi Kollecinin müəllimi Raya Abbasova çıxış edərək, Zemfira xanım Səfərovaya öz ürək sözlərini bildirdilər və yeni-yeni yaradıcılıq uğurları arzu etdilər.         

Çıxışlar arasında musiqi nömrələrinin səsləndirilməsi təqdimata xüsusi bir gözəllik bəxş etdi. Tədbirdə Aqşin Əlizadənin “Bayatılar” a capella xor silsiləsindən “Dağlarda” (ifa edir Azərbaycan Televiziyası və Radiosunun C.Cahangirov adına xoru bədii rəhbər və dirijor Şəhla Ələkbərova); Vasif Adıgözəlovun “Qərənfil” (ifa edir tarzən Saleh Salahov, müşayiət edir Arzu Teymurova); Tofiq Bakıxanovun xalq musiqisi əsasında “Şərq Sonataları” silsiləsindən görkəmli bəstəkar Tofiq Quliyevə həsr olunan skripka və fortepiano üçün 8 saylı “Azərbaycan” sonatası (ifa edirlər: Beynəlxalq müsabiqə laureatı, professor Məleykə Əhədzadə - skripka, Beynəlxalq müsabiqə laureatı, professor Fəridə Quliyeva – piano) əsərləri səsləndirildi.        

Təqdimatın sonunda akademik Zemfira Səfərova kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsin zəhmətini qiymətləndirərək, bütün həmkarlarına dərin təşəkkürünü bildirdi.       

        

        

                       İSGƏNDƏROVA OFELYA

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə