Təqvim
Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib (+FOTOLAR)
18 sentyabr 2019 - 02:12

Canveten.az xəbər verir ki, sentyabrın 16-da Hyatt Konfrans Mərkəzində Dövlət Gömrük Komitəsi rəhbərliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüşü keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri və komitənin müvafiq qurumlarının əməkdaşları, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, palatada təmsil olunan iş adamları və səfirliyin nümayəndələri iştirak ediblər.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann görüşün təşkilində göstərilən dəstəyə görə Dövlət Gömrük Komitəsinə təşəkkürünü bildirib və tədbirin məqsədi, müzakirə olunacaq məsələlər barədə məlumat verib.

Görüşdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Gömrük islahatları prosesində innovative həllər" mövzusunda çıxış edərək, gömrük sistemində aparılan islahatların mahiyyəti, bu islahatların kontekstində həyata keçirilən innovative layihələr barədə iştirakçılara ətraflı məlumat verib.

Komitə sədri Alman-Azərbaycan Xarici Ticarət Palatasının İmpuls tədbirinin gömrük-biznes əməkdaşlığında əlverişli mühitin yaranmasına, gömrük sisteminin təkmilləşdirilməsi ilə bağlı bütün maraqlı tərəflərin ehtiyaclarının öyrənilməsinə, problemli məqamların müəyyən edilməsinə və dayanıqlı həllərin işlənib hazırlanmasına xidmət göstərəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev tərəfindən iqtisadi təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatların gömrük orqanlarının da dinamik və çevik inkişafına şərait yaratdığını bildirən DGK sədri gömrük orqanları tərəfindən sahibkarlıq mühitinin yaxşılaşdırıldığını, gömrük prosedurlarının, malların sərhədkeçmə prosesinin sadələşdirildiyini, sürətli ticarətin təmin edildiyini vurğulayıb və bütün bu nailiyyətlərin, eyni zamanda informasiya texnologiyalarının tətbiqi ilə əldə olunduğunu diqqətə çatdırıb. Bu gün biz fəxr hissi ilə qeyd edə bilərik ki, Azərbaycanın gömrük sistemi artıq Avropanın ən qabaqcıl dövlətləri ilə müqayisə olunacaq informasiya və texnologiyalar mərkəzi formalaşdırıb.

Xüsusilə, son illərdə dövlət başçısı tərəfindən gömrük sahəsində aparılan islahatlara toxunan Komitə sədri qısa idxal bəyannamələrinin, risk analizlərinin və "Yaşıl Dəhliz" buraxılış sisteminin tətbiqinin mallar və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sürətləndirilməsinə şərait yaratdığını qeyd edib.

Səfər Mehdiyev vurğulayıb ki, informasiya proqramı təminatları ilə risklərin idarəedilməsi mərkəzi daha da təkmiləşdiriləcək və bu sahədə fəaliyyətimizi genişləndirəcəyik. Həyata keçirdiyimiz konsepsiyalar ticarətin sürətlənməsinə, asanlaşmasına, həmçinin əlavə maliyyə itkilərinin qarşısının alınmasına gətirib çıxaracaq.

"Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqindən bəhs edən Komitə sədri, bu tətbiqin vaxt itkisinin aradan qaldırılmasına, idxal-ixrac əməliyyatlarının maneəsiz və asan şəkildə həyata keçirilməsinə, vətəndaş-məmur təmasının minimuma endirilməsinə şərait yaratdığını diqqətə çatdırıb və bildirib ki, idxal-ixrac əməliyyatlarının orta hesabla 25-30%-ə qədəri artıq "Yaşıl Dəhliz" iştirakçıları tərəfindən həyata keçirilir.

İnformasiya texnologiyaları sahəsində tətbiq edilən layihələrdən birinin də elektron məlumatların qabaqcadan alınması olduğunu deyən DGK sədri bu sahədə görülən işlər nəticəsində 10-a yaxın dövlətlə qarşılıqlı ilkin məlumat mübadiləsi həyata keçirildiyini vurğulayıb.

Səfər Mehdiyev onu da qeyd edib ki, artıq sürətli ticarətin tam təmin olunması üçün bütün sərhəd-keçid məntəqələrində yeni rentgen avadanlıqlarının alınaraq quraşdırılması nəzərdə tutulur və yaxın iki il ərzində bu iş tamamlanacaq, beləliklə bütün nəqliyyat vasitələrinə fiziki yoxlama həyata keçirilmədən ölkə ərazisinə girişi təmin ediləcək.

Daha sonra tədbirdə iştirak edən sahibkarların fikir və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Tədbirin sonunda "My Broker" şirkətinin icraçı direktoru İlqar Vahabov təqdimatla çıxış edib.

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə