Artıq doğulacaq körpənin cinsini qabaqcadan sifariş etmək olacaq

Təqvim
Artıq doğulacaq körpənin cinsini qabaqcadan sifariş etmək olacaq
31 avqust 2019 - 14:57

Yaponiyada Xirosima Universitetinin alimləri dölün cinsiyyətini əvvəlcədən seçmək üçün yeni, çox sadə bir yol tapıblar. Bu barədə “The Guardian” eksperiment haqqında elmi məqaləyə istinadən məlumat yayıb. Tədqiqatçılar spermanın necə “çeşidlənməsini” öyrəniblər. Hətta yaxın gələcəkdə oğlan uşağının (ya da qızın) doğulma şansını artıran gellər də hazırlana bilər.

İnsan sperması təxminən 50-nin 50-yə nisbətində Y və X xromosomlarının qarışığından ibarətdir. Nəzəri cəhətdən bu, onları bir-birindən ayırmaq və sonra yumurtanı valideynlərin istədiyi cinsiyyətə zəmanət verən sperma ilə dölləndirməyə imkan verir. Ancaq bu cür texnologiyaları yaratmaq üçün edilən bütün cəhdlər bu günə qədər uğursuz olub. Birincisi, onlar olduqca bahalıdır, ikincisi, əksər hallarda DNT-yə ziyan vuracaq səviyyədə yan təsir göstərir.

Buna görə, indiki valideynlər arasında doğulması planlaşdırılan uşağın cinsinə təsir etmə variantları, min il əvvəlkindən daha böyük deyildir. Ancaq hər şey bir qrup yapon aliminin apardığı araşdırmanın nəticələrinə əsasən dəyişə bilər. Yapon alimlərinin apardığı araşdırmaya əsasən, Y xromosomunu daşıyan spermanın bir hissəsini X xromosomunu daşıyan spermanın qalan hissəsindən ayırmaq üçün gözlənilmədən sadə və təsirli bir üsul təsvir olunub.

Bu kəşf bütün bəşəriyyətin inkişafı üçün böyük əhəmiyyət kəsb edə bilər. Əvvəlcə kəşfin kənd təsərrüfatında, yəni heyvanlar üzərində tətbiqi planlaşdırılsa da, müəlliflər bunun insanlar üçün də istifadə edilə biləcəyini etiraf ediblər.

Metod X – və Y-xromosomların fərqinə əsaslanır, hansı ki, gələcək uşağın cinsini müəyyən edə bilir (qadınlarda bu XX, kişilərdə – XY). Təxminən 3 min X xromosom geni arasında alimlər 2 gen reseptoru (TLR7 və TLR8) tapıblar ki, hər iki reseptor bir anda aktivləşdirilsə, spermatozoidin hərəkətinə təsir edə bilir və nəticədə onun idarə olunmasına gətirib çıxarır.

Orta məktəb biologiya dərslərindən hər kəs bilir ki,qadın bir yumurta istehsal edərək yalnız X xromosomunu ehtiva edir. Kişi sperması X və Y xromosomlarını bərabər miqdarda daşıyır. Yumurta X xromosomlu sperma ilə döllənərsə, qız uşağı doğulur. Müvafiq olaraq, oğlan olması üçünY xromosomu olan spermanın müvəffəq olması lazımdır.

Məlum olur ki, reseptorlar təsirə məruz qaldıqda, spermanın bir hissəsini sanki “ayırmaq” olur. Və buna görə də gələcək nəslin cinsini idarə etmək mümkündür. Bu reseptorları aktivləşdirən maddə isə çoxdan bilinir və apteklərdə satılır.(e-tibb.az) 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə