Təqvim
Sakitləşdirici bitki dəmləmələrinin içilməsi gün ərzində enerjili olmağa xidmət edir
22 avqust 2019 - 13:24

Mütəxəssislər zehni yorğunluq və yaddaş zəifliyinin qidalanma, həyat tərzi və idmandan çox asılı olduğunu söyləyir. İdeal çəki, normal həyat sürmək və idmanla məşğul olmaq onun aradan qalxmasında və orqanizmin enerjili olmasında mühüm rol oynayır. Tam güclü və enerjili olmaq üçün bir sıra məsləhətlərə əməl edilməlidir.

Həkim-fitoterapevt Fizulu Hüseynovun AZƏRTAC-a dediyinə görə, ən yaxşısı, gündə 5-6 dəfə qidalanmaq və hər gün mütləq səhər yeməyi yeməkdir. “Bir ədəd alma və ya banan, südlə və ya yoqurtla bulka yeməklə qəlyanaltı etmək olar. Nahar doyumlu olmalı, özündə çörəyi, düyünü, makaron məmulatlarını, kifayət qədər süd məhsullarını, balıq və yağsız əti birləşdirməli, təzə meyvə, tərəvəz və göyərtidən çox istifadə edilməlidir.

Yatmağa 3 saat qalmış çay, kofe və toniklərdən imtina olunmalıdır. Bal və ya südlə sakitləşdirici bitki dəmləmələrinin içilməsi daha yaxşı təsir göstərir. Yataq otağı nə qədər sərin olsa, yuxulamaq bir o qədər asan, yuxu bir o qədər dərin və yaxşı olur.

Fokusu dəyişmədən uzun müddət bir nöqtəyə baxanda göz əzələlərinin gərginləşməsi yorğunluğa səbəb olur. Kağız və ya kompüterlə işlədikdə müntəzəm olaraq gözə istirahət verilməlidir ki, onlar fokusu dəyişə bilsinlər və gərginlikdən qurtarsınlar. Bunun üçün hər 30 dəqiqədən bir 3-4 dəqiqə uzağa və ya ətrafa baxmaq lazımdır”.

Gün ərzində su və şirələr qəbul edilməsinin, səhər acqarına su içməklə başlamağın da çox faydalı olduğunu söyləyən həkim-fitoterapevt enerjili və xoş ovqatda olmaq üçün daha bir neçə məsləhət verib: “Həftədə üç porsiya mal və qoyun ətinin qida rasionunda olması orqanizmi lazım olan miqdarda dəmirlə təmin edir. Tünd-yaşıl tərəvəzlərin, çuğundur, ispanaq və kələmin də tərkibində dəmir var. C vitamini dəmirin mənimsənilməsinə, kalsium isə əksinə təsir edir.

Qaraciyər orqanizmi hava və qida ilə daxil olan hər cür zərərli maddələrdən təmizləyir. Həddindən artıq gərgin işlədikdə yorğunluq və zəiflik hissi yaranır. Ona görə də çoxlu antioksidantlar qəbul etmək məsləhətdir.

Özündən narazılıq və özünü qiymətləndirməmək çox vaxt xroniki yorğunluğa səbəb olur və depressiyaya aparıb çıxarırsa, psixoloqa müraciət etmək olar. Digər çıxış yolu təzə paltar almaq, bərbərxanaya getmək, səyahətə çıxmaq və sairlərdən ibarətdir. Bundan alınan məmnunluğa beyində hazırlanan xüsusi maddə səbəb olur və antidepressantsız da əhval-ruhiyyənin yüksəlməsinə kömək edir”.

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə