Ermənistan Respublikası tərəfindən Qaçqın və Məcburi köçkün olmuş Azərbaycanlıların pozulmuş hüquqlarının bərpası üçün Finlandiyada beynəlxalq konfrans keçiriləcək . “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Finlandiya Respublikasının paytaxtı Helsinki şəhərində “Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qaçqın və məcburi köçkün olmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpası uğrunda Beynəlxalq konfrans” adlı layihə həyata keçirəcək. Layihənin əsas məqsədi 1988-ci ildə Ermənistan ərazisində yaşayan 250 mindən yuxarı azərbaycanlının tarixi torpaqlarından etnik təmizləməyə məruz qalmaları, daha sonra elan olunmamış müharibə nəticəsində Dağlıq Qarabağ və onun ətrafında yerləşən qədim Azərbaycan torpaqlarının işğal edilməsi, bu işğal nəticəsində 700 minədək vətəndaşımızın öz torpaqlarını məcburi tərk etməsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə, xüsusən də, Skandinaviya ölkələrindən Finlandiya Respublikası rəsmilərinin, həmçinin ictimaiyyətinin diqqətinə çatdırmaqdır. 1988-ci ildən bəri bir milyona qədər qaçqın və məcburi köçkün öz yurdlarından didərgin düşmüş, pozulmuş hüquqları indiyədək bərpa olunmamdır.
Beynəlxalq təşkilatların, o cümlədən, BMT-nin 30 aprel 1993-cü il tarixli 822 , 29 iyul 1993-cü il tarixli 853, 14 oktyabr 1993-cü il tarixli 874 və 12 noyabr 1993-cü il tarixli 884 nömrəli qətnamələri təsdiq edərək Ermənistanın Azərbaycan torpaqlarının işğalını dayandırması və Dağlıq Qarabağ və ətraf rayonlardan işğalçı hərbi qüvvələrini çıxarması tələb olunur.
Habelə, Avropa Şurası Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsinə dair 1047 (1994) və 1251 (1994) qətnamə qəbul etmiş erməni təcavüzünü pisləmişdir.
Bununla yanaşı İslam Konfransı Təşkilatının “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” haqqında 28-30 may 2003-cü ildə 13/30-P saylı qətnamə qəbul edilmişdir.
Beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə baxmayaraq Ermənistan hələ də Azərbaycan torpaqlarını işğal altında saxlayır və beynəlxalq hüquq normalarını pozur. Buna görə də qaçqın və məvburi köçkünlərin pozulmuş hüquqlarının bərpası mümkün olmayıb.
Layihə beynəlxalq xarakter daşıdığı üçün Skandinaviya ölkələrinin mərkəz şəhərlərindən olan Finlandiya Respublikasının paytaxtı Helsinki şəhərində oktyabr ayı üçün nəzərdə tutulmuşdur. Layihə çərçivəsində Ermənistanın işğalçılıq siyasəti pislənərək Azərbaycana qarşı torpaq iddiası xüsusi vurğulanacaq, 20 faiz torpaqlarımızın işğal altında saxlanılması pislənəcək, qaçqın və məcburi kğçkünlərimizin pozulmuş hüquqlarının bərpası tələb ediləcəkdir. Həmçinin, kitabça, buklet, flayer və s. Kimi çap məhsulları hazırlanaraq Finlandiya ictimaiyyəti Qarabağ problemi ilə bağlı düzgün məlumatlandırılacaqdır. Azərbaycanın tanıdılması, milli-mədəni irsimiz barədə məlumat veriləcəkdir.
Bütün hüquqlar qorunur © 2025