Təqvim
"Hərbiyyə - 2019" hərbi vətənpərvərlik düşərgəsində Türkiyənin Zəfər bayramı qeyd edilib + FOTO=8
16 avqust 2019 - 16:09

Müdafiə Nazirliyi, “ASAN xidmət”, Gədəbəy rayon İcra Hakimiyyəti, “ASAN Könüllüləri” təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Cavad Xan Tarix və Mədəniyyət Fondunun birgə layihəsi çərçivəsində bir həftədir ki, davam edən "Hərbiyyə - 2019" hərbi vətənpərvərlik düşərgəsinin sonuncu günü türk zəfər marşlarının və Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən mahnıların səsləndirilməsi ilə başlanıb.
30 avqust "Zəfər bayramı”na həsr olunmuş təntənəli mərasimdə düşərgənin gənc vətənpərvərləri ilə yanaşı Müdafiə Nazirliyinin, Gədəbəy rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəsmiləri, bölgənin müdafiəsində dayanan hərbi hissənin döyüşçüləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri ifa olunub.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Azərbaycan - Türkiyə qardaşlığından danışıb, 30 avqust "Zəfər bayramı"nın tarixi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Birinci Cahan savaşından sonra Osmanlı Türkiyəsi parçalanmaq təhlükəsi qarşısında qalarkən Mustafa Kamal Paşa öz tərəfdarları ilə mücadiləyə qalxaraq ölkəni işğalçılardan azad edib, təcavüzkar dövlətlərin qoşunlarının ölkə ərazilərindən çıxarılmasına nail olublar. 1923-cü ildə ilk dəfə, 1936-cı ilin may ayından sonra isə rəsmi olaraq 30 avqust günü “Zəfər bayramı" kimi qeyd edilməyə başlanıb.
A.Qurbani nəzərə çatdırıb ki, Türkiyə ilə Azərbaycanın şanlı ənənələrə bağlı tarixi dostluğu və qardaşlığı bu gün də uğurla davam etdirilir. Türkiyə dövlətinin qurucusu ölməz Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır", ulu öndər Heydər Əliyevin isə "Biz bir millət, iki dövlətik. Bu, bizim dostluğumuzun, qardaşlığımızın mənasını, məzmununu təşkil edir" kəlamları bu gün də aktualdır və dostluğumuzun, qardaşlığımızın ən böyük şüarına çevrilib.
Türkiyə və Azərbaycanın iqtisadi, siyasi və mədəni əlaqələri, eləcə də hərbi əməkdaşlığı bu gün də yüksək səviyyədədir və daha da inkişaf edir. Hər iki ölkənin iştirakı ilə möhtəşəm layihələr həyata keçirilir.
Ötən il Bakının işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda tarixi gerçəkliklərin canlandırılması, Türkiyə və Azərbaycanın dövlət bayraqları altında hərbçilərin fəxri keçidi, "Türk Ulduzları" eskadrilyası və Azərbaycanın milli şahinlərinin Bakı səmasında birgə nümunəvi uçuşları, qardaş ölkələrin prezidentlərinin fəxri kürsüdə bir yerdə bu təntənəni izləmələri dostlarımızı sevindirdi, düşmənlərimizi isə xar etdi.
Bakı paradının mötəbər tribunasından Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha bəyan etdi ki, "Azərbaycanın qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir".
Dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyev isə "Bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq", - dedi.
Mərasimdə vurğulanıb ki, Türkiyə və Azərbaycan ordularının nümayəndələrinin birgə təlimləri artıq ənənə şəklini alıb. Bu günlərdə yenə də "TurAz qartalı" birgə uçuş təlimlərinə start veriləcək.
Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, hər il 30 avqust günündə qardaş Türkiyədə hərbi məktəblərin məzunlarına "leytenant" hərbi rütbəsi verilir. Onların sıralarında Azərbaycan oğulları da yetərincədir. Bu il də neçə-neçə azərbaycanlı gənc Türkiyə ali hərbi məktəblərini müvəffəqiyyətlə bitirərək zabit rütbəsinə layiq görülüb.
Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev çıxış edərək Müdafiə Nazirliyinin 30 avqust "Zəfər bayramı"nın "Hərbiyyə" düşərgəsində təşkil etdiyinə görə minnətdarlıq edib.
"Hərbiyyə-2019" hərbi vətənpərvərlik düşərgəsində keçirilən ümumi hərbi hazırlıq, xüsusi dağ hazırlığı, atıcılıq və digər yarışlarda fərqlənən gənc vətənpərvərlərə, Qarabağ müharibəsi qazilərinə, həmçinin qonaqlara Müdafiə Nazirliyinin nəşri olan "Azərbaycan-Türkiyə: Qardaşlığın Təntənəsi" kitab-albomları hədiyyə edilib.
Hərbi orkestr "Mehtər" marşlarını, Azərbaycan Milli Konservatoriyasının tələbələri Nicat və Rəvan Əliyevlər isə türk vətənpərvərlik mahnılarını ifa ediblər.
Tədbir Üzeyir Hacıbəyli və Əhməd Cavadın birgə yazdıqları "Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına" misrası ilə başlanan məşhur mahnının bütün iştirakçılar tərəfindən birgə ifası ilə başa çatıb

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
HUQUQ, QHT
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə