"Semaşko" xəstəxanasında xəstəyə yardım göstərilmədi

Təqvim
"Semaşko" xəstəxanasında xəstəyə yardım göstərilmədi
07 avqust 2019 - 17:52

1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko” xəstəxanası) həkimi Almasxan Zeynalov başına ağac budağı düşərək xəsarət alan Simnarə Qənbərlinin həkimin ondan pul tələb etməsi və kobud davranması ittihamlarına cavab verib.

Həkim A.Zeynalov xəstə qəbul edilərkən, tək olduğunu bildirib:

“Təcili yardım maşını ilə pasiyent buraya daxil olan zaman onun heç bir qohumu yanında olmayıb. Xəstə daxil olan kimi başında yarası olduğuna görə sarğı otağına göndərilib. Orada yaraları tikilib. Yarası tikilib qurtarana yaxın anası gəlib. Yarası tikildikdən sonra isə xəstə kompüter müayinəsinə göndərilib. Kəlləni kompüter müayinəsi etdikdən sonra sağ nahiyədə əzilmə müşahidə edilib.

Pasiyenti kompüter müayinəsi etdikdən sonra kəllə sümüklərində travmatik dəyişiklik qeydə alınmayıb. Nə qansızma, nə də kəllə sümüyündə sınıq olub”.


A.Zeynalov qeyd edib ki, anası təkidlə qızını xəstəxanadan evə aparıb:

“Xəstənin anasına təklif olunub ki, o, xəstəxanada qalsın. Anası isə qızını evə aparmaq istəyib. Dedim ki, mən deyə bilmərəm ki, bu xəstəni götür, evə apar. Ancaq biz heç kəsi burada ayağından tutub çarpayıya bağlamırıq. Sadəcə nəzərlərinə çatdırdım ki, xəstə müalicə olunmalıdır. Qadın yenə də dediyindən dönmədi”.  

Həkim deyir ki, müayinə ilə bağlı diaqnozun nəticələrini xəstə yaxınları istəməlidir, lakin ailə belə bir tələblə müraciət etməyib:

“Xəstənin diaqnozunu verməkdən ötrü müraciət olmalıdır. Qeydiyyat şöbəsində jurnalda o, fiksə olunub. O, arayış şəklində təqdim olunur. Yoxsa kompüterin, rentgenin cavabı ayrı-ayrılıqda verilmir” . 

Xəstədən pul alınmasına gəlincə, həkim deyilənləri inkar edib:

“Özü də gəldi, yoldaşı da gəldi, sual verdim ki, mən sizdən pul istəmişəm? Təcili yardımda buraya “bomj”, küçədə qalmış gəlir. Elə şey olar ki, qanın içində gələn xəstəyə yardım göstərməyəsən?! Adamın ən azından vicdanı olar. Buraya xəstələr gəlir, günlərlə yaxınlarını tapa bilmirik. Bu, insanlığa uyğun gəlmir. Bizim xəstəxana haqqında hər şey danışırlar. Respublikanın ağır yükünü belində daşıyan bir kollektivə belə söz demək düzgün deyil”.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə