Təqvim
“AmCham Azərbaycan” üzvləri AQTA sədri Qoşqar Təhməzli ilə görüşüb (+FOTOLAR)
10 iyul 2019 - 11:36

Amerika Ticarət Palatası (AmCham Azərbaycan) üzvləri üçün Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin iştirakı ilə görüş təşkil edib. Görüşdə cənab Təhməzli qida təhlükəsizliyi sahəsində görülən işlər, qarşıya qoyulan hədəflər barədə danışıb. Bununla yanaşı, tədbirdə bir neçə üzv şirkətin fəaliyyəti və xidmətləri barədə təqdimatlar nümayiş olunub. Diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə “AmCham”ın təxminən 100 üzvü və tərəfdaşı iştirak edib. İlk olaraq, cənab Təhməzli biznes sektoru nümayəndələri ilə birbaşa görüş imkanına görə öz minnətdarlığını ifadə edib, həmçinin, dəvət üçün “AmCham Azərbaycan”ın nümayəndələrinə, xüsusilə də “AmCham”ın Prezidenti Nuran Kərimova və İcraçı Direktor Natəvan Məmmədovaya öz təşəkkürünü bildirib. O, eyni zamanda qida zəncirinin bütün mərhələlərində iştirak edən tərəflərin qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı üzərinə düşən məsuliyyətlərini diqqətə çatdırıb. Q. Təhməzli istehlakçıların təhlükəsiz və minimum keyfiyyət tələblərinə cavab verən qida məhsulları ilə təmin etməklə onların həyat və sağlamlıqlarının, habelə maraqlarının qorunmasının sahibkarların əsas öhdəliklərindən olduğunu vurğulayıb. Cənab Təhməzli, həmçinin qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərilən sahibkarlıq subyektlərinin Agentlik tərəfindən maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri görüş iştirakçılarının diqqətinə çatdırıb. Bununla yanaşı, o “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın əsas strateji hədəflərindən birinin bu sahədə dövlət-özəl sektor əməkdaşlığının inkişafı ilə bağlı olduğunu qeyd edib.Top of FormBottom of Form

Qeyd edək ki, “AmCham Azərbaycan” üzvlərinin işgüzar görüşləri Palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, beynəlxalq maliyyə qurumlarının rəsmi şəxsləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.

“AmCham Azərbaycan” xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham Azərbaycan” iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, Aqrar
Göyçayda XIV Nar festivalı keçirilib (+FOTOLAR) 01:53, 12 noyabr 2019
AVTOMOBİL QƏZASI QAZ TƏSƏRRÜFATINA ZİYAN VURDU (+FOTOLAR) 17:20, 08 noyabr 2019
Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu yenidən qurulub (+FOTOLAR) 17:11, 08 noyabr 2019
EU4Digital təşəbbüsünün internet səhifəsi Azərbaycan dilində istifadəyə verildi 14:03, 08 noyabr 2019
Ədliyyə orqanları tərəfindən uşaqlara qayğı göstərilir (+FOTO) 12:47, 08 noyabr 2019
XIZI ƏRAZİSİNDƏ GEOMORFOLOJİ TƏDQİQAT APARILIB (+FOTOLAR) 12:43, 08 noyabr 2019
Mina Abbasovanın növbəti qızıl medalı - bu dəfə Rumıniyada (+FOTOLAR) 12:34, 08 noyabr 2019
Raket və artilleriya bölmələri döyüş atışları icra edib (+FOTOLAR, +VIDEO) 02:56, 08 noyabr 2019
Bakı-Şamaxı magistralının 16 km-lik hissəsinin genişləndirilməsi yekunlaşır (+FOTOLAR) 03:16, 06 noyabr 2019
Ehtiyat hissəsində gizlədilən narkotik vasitə aşkar edildi (+FOTO, VIDEO) 03:04, 06 noyabr 2019
“Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” - Məhsəti Hüseynova (+VIDEO, +FOTO)12:45, 05 noyabr 2019
Azərbaycanla Öbəkistan arsında mədəniyyət sahəsində əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə edilib (+FOTOLAR) 12:40, 05 noyabr 2019
Naxçıvan Bölməsinin elmi-tədqiqat müəssisələrində müvafiq vəzifələri tutmaq üçün seçkilər keçirilib (+FOTO) 12:30, 05 noyabr 2019
Sumqayıt şəhərinin 70 illik yubileyi (+FOTOLAR) 12:23, 05 noyabr 2019
Ağdamda məcburi köçkün uşaqlar üçün tibbi aksiya keçirilir (+FOTOLAR) 12:17, 05 noyabr 2019
Əlini mənə ver , dostum (+FOTOLAR) 12:09, 05 noyabr 2019
Ağdam teatrının yeni uğuru (+FOTOLAR) 12:00, 05 noyabr 2019
Daşkənddə keçirilən “Özbək dilinin tərəqqisi, türkologiya və bu sahədə beynəlxalq həmkarlıq məsələləri” adlı Beynəlxalq konfransda Azərbaycan da təmsil olunub (+FOTOLAR) 03:02, 02 noyabr 2019
Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilir (+FOTOLAR, +VODEO) 02:21, 02 noyabr 2019
Azərbaycanın Müdafiə naziri: MDB Müdafiə Nazirləri Şurasının iclasının Bakıda keçirilməsi mühüm əhəmiyyətə malikdir01:53, 02 noyabr 2019
 

Bütün hüquqlar qorunur © 2019

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə