Təqvim
Səfir Örl Litzenberqer: "Azərbaycan gömrüyü bir uğur hekayəsidir"
26 iyun 2019 - 11:04

Canveten.az xəbər verir ki, iyunun 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər
Mehdiyev iki ölkə arasındakı strateji əməkdaşlıqlan məmnunluqla bəhs edib, bütün sahələrdə işgüzar münasibətlərin yüksələn xəttlə inkişaf etdiyini, o cümlədən gömrük
sahəsində də səmərəli əlaqələrin qurulduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük işinin səmərəli təşkili istiqamətində son illərdə bir sıra innovativ islahatlar həyata keçirildiyini diqqətə çatdıran Komitə sədri tətbiq edilən yeniliklərin beynəlxalq ticarətin təhlükəsiz, asan və sürətli şəkildə reallaşdırılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə şərait yaratdığını bildirib.

Dövlət Gömrük Komitəsi ilə ABŞ gömrük orqanları arasında uzunmüddətli əlaqələr qurulduğunu qeyd edən Səfər Mehdiyev, Azərbaycan gömrüyünün tarixi inkişaf prosesində kadrların potensialının artırılması, qanunvericilik bazasının hazırlanması, gömrük nəzarəti prosesində tətbiq edilən texniki vasitələrlə təminat sahəsində Amerika təcrübəsindən faydalanıldığını diqqətə çatdırıb.

Səfər Mehdiyev son illərdə gömrük sistemində həyata keçirilən islahatlar barədə də səfirə məlumat verib və vurğulayıb ki, Azərbaycan gömrüyü hazırda kağızsız texnologiyalar əsasında fəaliyyət göstərir və informasiya texnologiyalarının geniş şəkildə tətbiq olunması bütün gömrük əməliyyatlarının tam elektron qaydada həyata keçirilməsini təmin edib.

O da qeyd olunub ki, tətbiq edilən yeniliklər və innovativ layihələr fiskal sahədə, hüquqpozmalara qarşı mübarizə, gömrük nəzarətinin və sərhədkeçmə prosesinin sürətləndirilməsi istiqamətində yüksək nailiyyətlərin əldə olunmasına şərait yaradıb.

Azərbaycan gömrüyünün amerikalı həmkarları ilə bütün sahələrdə qarşılıqlı səmərəli, işgüzar münasibətlər qurduğunu diqqətə çatdıran Komitə sədri, cari ilin 14-17 aprel tarixlərində Bakıda "Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans"ın uğurla keçirilməsinin bunun bariz nümunəsi olduğunu bildirib, əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib. Səmimi görüşə görə minnətdarlığını bildirən Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer strateji müttəfiq kimi ABŞ hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini qeyd edib, iki ölkə arasında istər siyasi, istərsə də iqtisadi münasibətlərin, eləcə də ölkələrimizin gömrük qurumlarının əməkdaşlığının hazırkı durumundan razılığını ifadə edib. 

"Azərbaycan gömrüyü bir uğur hekayəsidir" – deyə sözünə davam edən amerikalı diplomat ölkəmizin gömrük sistemində həyata keçirilən islahatlardan, şəffaflığın təmin edilməsi, ticarətin asanlaşdırılması, qaçaqmalçılığa, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, beynəlxalq tranzitin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən məmnunluqla söhbət açıb, qısa müddətdə əldə edilən bu uğurları yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər, eləcə də əməkdaşlığın gələcək perspektivləri barəsində geniş fikir mübadiləsi aparılıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

 

Sosial şəbəkələrdə paylaş:

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə