Canveten.az xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan şairi, yazıçısı, alimi, mütəfəkkiri və maarifçisiAbbasqulu Ağa Bakıxanovun anadan olmasının 225-ci ildönümünə həsr olunmuş sərgi təşkil olunub. Çoxcəhətli bədii və elmi yaradıcılığa malikolan Abbasqulu Ağa Bakıxanov tarix, dil-ədəbiyyat, coğrafiya, fəlsəfə, məntiq və astronomiya elmlərindən bəhs edən əsərlərin müəllifidir. Sərgidə Abbasqulu Ağa Bakıxanovun Azərbaycan və rus dillərində “Seçilmiş əsərlər”i, “Qüdsinin sərgüzəştləri”, “Hind əfsanəsi”, “Bədii əsərlər”, “Əsrarül-mələküt”, “Gülüstani-İrəm” kitabları, eləcə də elmi və ədəbi irsinindigər nümunələri nümayiş olunur. Sərgi iyul ayının 2-dək davam edəcək. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2025