Çapa göndər
Mərkəzi Elmi Kitabxanada “Abbasqulu Ağa Bakıxanov – 225” adlı sərgi keçirilir (+FOTOLAR)

21 iyun 2019 - 14:51

Canveten.az xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan şairi, yazıçısı, alimi, mütəfəkkiri və maarifçisiAbbasqulu Ağa Bakıxanovun anadan olmasının 225-ci ildönümünə həsr olunmuş sərgi təşkil olunub.

            Çoxcəhətli bədii və elmi yaradıcılığa malikolan Abbasqulu Ağa Bakıxanov tarix, dil-ədəbiyyat, coğrafiya, fəlsəfə, məntiq və astronomiya elmlərindən bəhs edən əsərlərin müəllifidir.

            Sərgidə Abbasqulu Ağa Bakıxanovun Azərbaycan və rus dillərində “Seçilmiş əsərlər”i, “Qüdsinin sərgüzəştləri”, “Hind əfsanəsi”, “Bədii əsərlər”, “Əsrarül-mələküt”, “Gülüstani-İrəm” kitabları, eləcə də elmi və ədəbi irsinindigər nümunələri nümayiş olunur.

            Sərgi iyul ayının 2-dək davam edəcək.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )