Təqvim
“Azərsu” Bakı şəhəri və ətraf qəsəbələrdə içməli su layihələrinin icrasını davam etdirir (+FOTOLAR)
21 iyun 2019 - 14:26

Canveten.az xəbər verir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə içməli su layihələrinin icrasını davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin içməli su təchizatının yaxşılaşdırılması barədə tapşırıqlarına uyğun olaraq Bakı şəhəri Xətai rayonunda yeni layihələr həyata keçirilir.

Bu layihələr çərçivəsində magistral su xətləri çəkilir, məhəllədaxili və binadaxili su təchizatı sistemləri yenidən qurulur. Ötən müddətdə M.Hadi, Sarayevo M.Rüstəmov, S.Ə.Şirvani küçələrində yerləşən binalarin məhəllədaxili su techizati sisteminin yeniden qurulub və ümumi uzunluğu 7,4 km su xətləri çəkilərək sayğaclar quraşdırılıb. Hazırda General Mehmandarov,  Əliağa Şıxlinski, Qafqaz, Xudu Məmmədov, Rahib Məmmədov, Cavanşir, Qədir Məmmədov, Çingizxan Kərimov, Sarayevo, Rüstəmov,  Əbilov, 1-ci Əhmədli küçələrində yeni su şəbəkələri inşa edilir. Qeyd edək ki, bu ərazilərdə mərkəzləşdirilmiş su təchizatı sistemləri mövcud olsa da su xətləri uzun müddət istismar olunduğundan yararsız vəziyyətə düşmüşdü. Xüsusilə binadaxili sistemlər könəldiyindən tez-tez qəzalar baş verirdi  və  normal su təchizatını həyata keçirmək mümkün olmurdu.

Yeni layihə çərçivəsində binaların şaxtalarından keçən və istismar müddətini başa vurmuş su xətləri ləğv edilir. Əvəzində binaların həyətindən keçməklə yeni su xətləri çəkilir və hər bir girişdə siyirtmələr quraşdırılır. Mənzilləri su ilə təmin edən dik dayaqlar pilləkən qəfəslərinə çıxarılır və hər bir abunəçi sayğacla təmin edilir.

 Məhəllədaxili su təchizatı sustemlərinin yenidən qurulması ilə yanaşı, yeni magistral və daşıyıcı xətlər də inşa edilir. General Mehmandarov küçəsində tikilən 2,2 km uzunluğunda yeni magistral su xətti Köhnə Günəşli yaşayış massivi və ətraf ərazilərin içməli su təchizatının yaxşılaşdırılmasına imkan yaradacaq.

Ümumilikdə Xətai rayonunda icra olunan layihələr çərçivəsində 35 km-dək su xətti çəkiləcək və sayğaclar quraşdırılacaq. Bununla da Bakı şəhərinin şərq hissəsində böyük ərazidə əhalinin içməli su təchizatında stabillik təmin olunacaq. Qeyd edək ki, ötən illərdə Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında mühüm əhəmiyyət daşıyan anbar komplekslərində aparılan yenidənqurma işləri nəticəsində Xətai rayonunun bir hissəsi fasiləsiz rejimdə içməli su ilə təmin edilib. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, Aqrar

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə