Çernobılda yaşanan faciədən 32 il keçdi. Bu gün Rusiya, Polşa, Belarus və Ukraynada təxminən 5 milyon insan radiasiya ilə çirklənmiş torpaqlarda yaşayır. Greenpeace təşkilatının fotoqrafı Denis Sinyakov bu yerləri gəzib və insanların burada necə yaşadıqlarını, tarlaları əkdiklərini, mar-qara saxladıqlarını, giləmeyvə topladıqlarını və balıq tutduqlarını göstərib. Tərk edilmiş Pripyat qəsəbəsinin girişindəki yoxlama məntəqəsi. Qadağan zonasına yalnız təlimat aldıqdan sonra buraxıla bilərsiniz. Ancaq burada tez-tez əraziyə qanunsuz yollarla girən insanlarla da rastlaşa bilərsiniz.
Əvvəllər bağçalara və məktəblərə ərzaq Ukraynanın digər bölgələrindən gətirilib, ancaq indi böhrandır, buna görə də sakinlər daha çox özləri məhsul istehsal edirlər. FOTOLAR: DENIS SINYAKOV ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Məsihin çarmıxı Pripyat şəhərinin girişində yerləşir. Bir neçə ildə bura gəlib gedənlər bu xaçı qurublar. İndi bura turistlərin ən çox baş çəkdiyi yerlərdən biridir.
Pripyat şəhərindəki mərkəzi xəstəxananın foyesi. Bəzi xəstəxana otaqlarını, məsələn, duş otaqlarını ziyarət etmək həqiqətən təhlükəlidir. Görünür, Çernobıl qəzasının fəsadlarını aradan qaldıranlar paltarlarını orada yuyublar. Ancaq ildən-ilə oranı görmək istəyən turistlərin sayı artmaqdadır.
Rus və ukrayna dili müəllimi Rosalia Otroshko təcrid zonasında olan Zalesye kəndinin yeganə sakini idi. O, son onilliklərdə yalnız turistlər tərəfindən ziyarət edilib. 2015-ci ilin sonunda o vəfat edib və evi yandırılıb. Burada yeni yaşayanlar yoxdur. Beləliklə, bir neçə onilliklər ərzində qadağan olunmuş zonanın başqa yerlərində də kimsə qalmayacaq.
Çürüməkdə olan armudlar Rosalia Otroshkonun evində sobada qurudulur.
Rosalia-nın evini, əsasən, turistlər və meşəçilər tərəfindən ziyarət edilib. Onlar ərzaq və son xəbərlərı gətirirdilər.
Ivan Semenyuk Paryshev kəndində könüllü məskunlaşıb. Qadağan olunan ərazini keçməyə qərar verən bir neçə nəfərdən biridir. Burada elə kəndlər var ki, onlar təhlükəli zonanın kənarındakı kəndllərdən də az radiasiyaya məruz qalıblar.
Bryansk bölgəsində bir hovuzdan tutulan balıq Novozybkovdakı bir bazarda icazəsiz satılır. Təsadüfü bazarda sanitariya nəzarəti olmadığı üçün məhsulların çirklənməsini qiymətləndirmək olduqca çətindir. Satıcılar balıqçılığın qadağan olduğu yerlərdə balıq tutduqlarını və göbələk yığmalarını gizlətmirlər.
Çernobıl nüvə stansiyasından 200 kilometr uzaqlıqdakı Krasnaya Polyana, Bryansk vilayətindəki sahədə balqabaqlar görünür. Kənd qonşu yaşayış məntəqələri kimi, radioaktiv çirklənmə zonasına düşüb, amma köçürülməyib. Kəndin sakinləri buna görə müavinət alırlar.
Ukraynanın Rivne bölgəsindəki Staroye Selo kəndində yaşayan bir ailə. Burda adamlar çirklənmiş ərazilərdə mal-qara saxlamağa məcburdur.
BBC AZƏRBAYCAN
Bütün hüquqlar qorunur © 2024