Təqvim
TƏDQİQATÇI ALİM AZƏRBAYCANDA GEOARXEOLOGİYA ELMİNİN İNKİŞAFINA MÜNASİBƏT BİLDİRİB
14 iyun 2019 - 00:15

Canveten.az xəbər verir ki,  AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun  Elmi seminarının növbəti iclasında Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi,  geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyev “Geoarxeologiya: qədim tarixin təbiət elmlərinin metodları ilə öyrənilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi geoarxeologiya elmi haqqında məlumat verərək bildirib ki, bunu, yer elmlərinin arxeologiyaya dəstəyi kimi də başa düşmək olar. Yaxın elmlər nüfuz edərək bir-birlərini zənginləşdirirlər ki, bu zaman yeni elm sahələri meydana çıxır. Bu baxımdan arxeoloji tədqiqatların aparılmasında coğrafiya, geologiya, geomorfologiya, torpaqşünaslıq və s. kimi yer elmləri, onların metod və yanaşmaları kifayət qədər əhəmiyyətli rol oynayır. Müəllif respublikamızda bu sahə ilə sistemli şəkildə məşğul olan nə bir laboratoriya, nə də bir mütəxəssisin olmamasına təəssüflənərək qeyd edir ki,  əksinə olaraq, Avropa ölkələrində, Rusiyada, Qazaxıstanda və digər keçmiş bir neçə sovet respublikasında  artıq bu məsələlərlə yaxından məşğul olurlar.

Tədqiqatçı alim qədim tarixi abidələrimizi, ilk növbədə isə YUNESKO-nun mədəni irs siyahısında yer almış Qobustan Milli Tarixi-Bədii Qoruğunu, habelə, mağaralarımızı, o cümlədən Əshabi-Kəhf ziyarətgahını kompleks şəkildə, yəni təbiət elmləri mütəxəssisləri ilə birgə, təbiət elmləri üzrə metodları tətbiq edərək öyrənməklə daha dolğun və inandırıcı nəticələr əldə edilə biləcəyini diqqətə çatdırıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə