Təqvim
Gülnarə Balakişiyeva Fransanın Strasburq şəhərində Avropa Şurasının Bioetika komitəsinin 15-ci iclasında iştirak etmişdir (+FOTOLAR)
12 iyun 2019 - 15:57

Canveten.az xəbər verir ki, AMEA Molekulyar Biologiya və Biotexnologoyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gülnarə Balakişiyeva 4-7 iyun 2019 tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurasının Bioetika komitəsinin 15-ci iclasında iştirak etmişdir. Tədbir Fransa Nazirlər Komitəsinin Prezidentinin himayəsi altında Avropa Şurasının Bioetika Komitəsi (DH-BIO) tərəfindən təşkil edilən Yeni texnologiyaların idarə olunması üçün ictimai debatlara həsr olunmuş seminarla başlanmışdır. Avropa Şurasının Bioetika Komitəsinin İşçi qrupunun Biotibbdə ictimai debat üçün hazırladığı təlimat müzakirə edilmiş, ölkə nümayəndələri öz şərhlərini bildirmişlər. İclasın gündəliyində duran əsas məsələlər insan genomunu redaktə texnologiyaları ilə bağlı meydana çıxan etik və hüquqi məsələlər, gender bərabərliyi, sperm və oositlərin anonim bağışlanması, valideynlərin, donorların və uşaqların hüquqlarının balanslaşdırılması olmuşdur. İclas zamanı həmçinin işçi qrup tərəfindən 2020-2021-ci illər üçün Strateji Fəaliyyət Planı müzakirə edilmiş, əsas priotet istiqamətlər müəyyən edilmişdir. İclasın sonunda Oviedo Konvensiyasının 29-cu maddəsi ilə əlaqədar şərhlərini bildirmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət hazırlamaq təklif edilmiş, Oviedo Konvensiyasına üzv olan dövlətlərin nümayəndələri tərəfindən təklifə münasibət bildirilmiş və yekunda AİHM-ə müraciət etmək qərarı verilmişdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə