Təqvim
Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi Yığıncağı keçirilib (+FOTOLAR)
11 iyun 2019 - 14:59

Canveten.az xəbər verir ki, iyunun 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi Yığıncağı keçirilib. Tədbirdə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, büro üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyəti məsələlər üzrə dəvət olunmuş qonaqlar iştirak ediblər.

Öncə akademik Əhliman Əmiraslanov gündəlikdə əksini tapan məsələlər barədə məlumat verib, ilk olaraq Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının III nəşrinin həyata keçirilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məktubunu iştirakçıların diqqətinə çatdırıb. Kitabın hazırlanması ilə bağlı görüləcək işlərdən danışan bölmə rəhbəri işçi qrupun yaradılmasının zəruriliyindən bəhs edib.

Gündəlikdə yer alan növbəti məsələ Şəki Regional Elmi Mərkəzinin fəaliyyəti barədə olub. Bununla bağlı çıxış edən mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü elmi mərkəzin fəaliyyət istiqamətləri, tədqiqat sahələri, əldə olunan nailiyyətlər və planlaşdırılan layihələrdən söz açıb. İclasda bölmə institutlarının mərkəzlə sıx əməkdaşlıq əlaqələrinə dair müxtəlif sahələrdə tövsiyələr səsləndirilib.

Bölmənin növbəti qərarları ilə Botanika İnstitutunun şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Rəşad Səlimov və Mərkəzi Nəbatat Bağının sektor rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayevin  Almaniyaya, eləcə də Genetik Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Cəmalə Eldarovanın ABŞ-a ezam olunmaları haqqında Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması məqsədəuyğun hesab edilib.

Bölmənin Ümumi Yığıncağında Botanika, Zoologiya, Dendrologiya və Torpaqşünaslıq və Aqrokimya institutlarının əməkdaşlarının müvafiq vəzifələrə təsdiqi barədə bir sıra kadr məsələlərinə də toxunulub.

Sonra Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Zakir Əliyev 70 illik yubileyləri, o cümlədən Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Adil Əliyev 80 illiyi ilə əlaqədar Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif ediliblər.

Sonda BTEB üzrə “AMEA-nın professoru” elmi adına namizədlərin seçkisi keçirilib. Seçkilər nəticəsində bölmədən iki namizəd müəyyənləşdirilərək Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə