Təqvim
Gənc Alim Xəyalə Məmmədova Azərbaycanı beynəlxalq tədbirdə layiqincə təmsil etdi (+FOTOLAR)
10 iyun 2019 - 01:35

Canveten.az xəbər verir ki, Avropa Ictimai Xidmətlər Federsiyasının  (EPSU)  10-cu Konqresi, 4-7 İyun, 2019-cu il tarixlərində İrlandiyanın paytaxtı Dublin şəhərində təşkil edildi. Konqresə rəsmi dəvət edilən Beynəlxalq Multikultural Şəbəkənin   rəhbəri,Azərbaycan Su İşçiləri Həmkarlar İttifaqı Respublika  Komitəsinin Təşkilati və Beynəlxalq Əlaqələr  şöbəsinin müdiri, Fəlsəfə üzrə fəlsəfə doktoru  Xəyalə Məmmədova  “Dayanıqlı  inkişaf məqsədlərinə doğru və layiqli əməyin təbliği” mövzusunda çıxış etdi. Məruzəsində qeyd etdi ki, Dünyada qlobal çağırışların ölkələrin birgə səyləri ilə həllində beynəlxalq təşəbbüslərin rolu sözsüz ki, danılmazdır. Bu baxımdan “2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəlik” dünyada insanların qarşılaşdığı problemləri tanıdır və onların birlikdə həllinə çağırır.Dünya ölkələrinin dinamik inkişafı və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası qarşımızda yeni-yeni problemlər qoyur. Həmin problemlərdən biri də inkişafin dayanıqlılığı, davamlılığı və ya təhlükəsizliyi problemidir. Bu problemin həlli üçün əsas konsepsiyalar və göstəricilər sistemi dəqiqləşdirilir və ölkələrin təcrübəsi öyrənilir. Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub və bu layihənin həyata keçirilməsi ilə bağlı öhdəliklər götürüb. Həmin öhdəliklərin yerinə yetirilməsi üçün ciddi addımlar atılır. Layihə məqsədlərinin reallaşdırılması üçün Azərbaycanda  Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası da yaradılıb. Öhdəliklərin mahiyyəti ondan ibarətdir ki, 2030-cu ilədək qlobal layihənin ayrı-ayrı hədəflər və məqsədlər yönündə milli dövlətlər öz üzərində götürdüyü öhdəliklər üzrə addımlarını müəyyənləşdirirlər.Layiqli əmək ölkəmizin sosial-iqtisadi siyasətinin əsas istiqamətini təşkil edir və məşğulluğun inkişafına, layiqli əmək konsepsiyasının reallaşmasına yönələn balanslaşdırılmış iqtisadi siyasət konkret nəticələrlə ifadə olunmuş milli prioritetdir.Bütün bu işləri həyata keçirməkdə məqsədimiz   beynəlxalq ictimaiyyətə  dayanıqlı inkişafın məqsədləri ilə bağlı sahələrdə təbliğatı aparmaqla,  hədəflərə yönələn sərmayələri artırmaqla məqsədlərə doğru irəliləyişi intensivləşdirməyi, hökumətin , beynəlxalq təşkilatları və vətəndaş cəmiyyəti qruplarını  dayanıqlı inkişaf məqsədlərinə  nail olmaq üçün fəaliyyətimizi  sürətləndirməkdən ibarətdir...........”

Çıxışdan sonra Xəyalə Məmmədova tədbirdə iştirak edən  İrlandiyanın Prezidenti Cənab Maykl D.Hiqqins (Michael D. Higgins) və İrlandiyanın birinci xanımı Sabina Hiqqinslə görüşərək, tədbirin gündəliyində qeyd olunan məsələlərlə bağlı ölkənin uğurları haqqında,  eyni zamanda tolerantlıq və multikulturalizm ənənələri olan Azərbaycanda uğurlu multikulturalizm siyasəti  ilə bağlı  görülən işlər haqqında qısa məruzə etdi. Bununla yanaşı, by yaxınlarda  İrlandiya Respublikasında da Beynəlxalq Multikultural Şəbəkənin  təmsilçisinin elan olunması ilə bağlı artıq işlərin yekunlaşdığına və bir sıra təşkilatlarla yeni  layihələrə start verəcəkləri haqqında da məlumat verdi.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

 

 

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə