Təqvim
AMEA Mərkəzi Elmi Kitabxananın yeni binasının açılışının 5-ci ildönümü qeyd olunur (+FOTOLAR)
09 iyun 2019 - 00:41

Canveten.az xəbər verir ki, 2019-cu il Mərkəzi Elmi Kitabxananın (MEK)yaradılmasının 95-ci il dönümüdür. Eyni zamanda 2014-cü ilin may ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və AMEA prezidenti, akademik Akif Əlizadənin iştirakı iləaçılışı olan AMEA-nın Mərkəzi Elmi Kitabxanasının yeni binasının istifadəyə verilməsinin 5 ili tamam olur.

Tədbir MEK fəaliyyəti haqqında akademiya, oxucular və cəmiyyət qarşısında komanda hesabatı formatında keçirilib.

Tədbiri AMEA-nınprezidenti akademik Akif Əlizadə açıb. Akademik çıxışında Prezident İlham Əliyevin Sərəncamına əsasən Mərkəzi Emi Kitabxananın yeni binasının 2011-ci ilin noyabrında təməlini qoyulduğunu xatırladıb. Zəngin tarixə malik elm və mədəniyyət ocağı olan Mərkəzi Elmi Kitabxananın 5 ildirki müasir tərtibatda fəaliyyət göstərdiyini deyib. Qeyd edib ki, bu gün burada dünyanın tanınmış kitabxanalarının təcrübəsi tətbiq edilir. İki növbəli fəaliyyət göstərən kitabxanadan alim və mütəxəssislər, eləcə də digər oxucular geniş faydalana bilir.

Müasir kitabxananın ötən müddət ərzində səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdıran akademik Akif Əlizadə kitabxanaya dövlət qayğısından da danışıb, beynəlxalq təşkilatların kitabxana ilə əməkdaşlıq əlaqələri qurmağa maraqlı olduğunu bildirirb. Çıxışının sonunda akademik Akif Əlizadə Mərkəzi Elmi Kitabxananın kollektivini yubiley münasibəti ilə təbrik edib, fəaliyyətində uğurlar diləyib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 95 yaşlı Mərkəzi Elmi Kitabxananın müasir mərhələsinə qədər keçdiyi tarixdən danışıb.Akademik İ.Həbibbəyli MEK-i dünyanın aparıcı kitabxanaları ilə müqayisə edib. MDB ölkələrinin elmi kitabxanaları arasında MEK-in ən müasir kitabxana olduğunu söyləyib. Natiq onu da bildirib ki, Mərkəzi Elmi Kitabxana akademik elmi təbliğ etməklə yanaşı həm də ideoloji mərkəzdir. Qeyd edib ki, kitabxana milli maraqlara xidmət edir, burada dövlət əhəmiyyətli tədbirlər keçirilir.

Tədbirdə MEK-in direktoru Leyla İmanova ötən beş il ərzində görülən işlərdən danışıb. Bildirib ki, MEK üçün 5 ilin məramıkitabxananı akademik icmanın informasiya mərkəzinə çevirmək oldu: “MEK öz fəaliyyətini piramida formatında qurdu. İlk olaraq klassik kitabxana möhkəmləndirildi, fondlar və sənədləşmə nizamlandı, oxucuların sayı bütün ötən illərin kumulyativ sayını – 5500-ü ötdü, 1,5 milyon sənəddən ibarət fondda nadir kitabların sayı  17000-ə, İxtisas fondu 14000-ə, kolleksiyaların sayı 60-a çatdırıldı. Növbəti mərhələdə müasir standartlara cavab verən elektron xidmətlər, elektron kataloq, e-baza tətbiq edildi, MARC 21 formatlı rəqəmsal bazada sənədlərin sayı 16000-i keçdi. Piramidanın zirvəsində isə MEK-in “ilk”ləri kimi imza atdığı “Milli Rəqəmsal Yaddaş”, “Vahid İdarəetmə Sistemi” və “İnformasiyanın kontent təhlükəsizliyi” adlı yeni təşəbbüslər və layihələr yer tutdu. Nəticədə Azərbaycanca Vikipediya 61-ci pillədən 49-a irəlilədi, məqalələrin sayı 150000-ə, elmiləşmiş MRY bazasında isə sənədlər 16000-əçatdı”.

MEK rəhbəri kitabxananın 2014-cü ildə növbəti 5 il üçün müəyyən etdiyi strateji hədəflərindən, əldə etdiyi nəticələrdən söz açıb.Bildirilib ki, MEKkitabxana fəaliyyəti və hesabatını kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə yönəldib. Direktor 2019-cu ildə MEK-də keçirilən xarici ekspertizanı vurğulayaraq, kitabxananın fəaliyyətinin beynəlxalq meyarlara cavab verdiyini, bəzi layihələrinə isə dünyanın heç bir kitabxanasında rast gəlinmədiyini diqqətə çatdırıb. L.İmanovakitabxananın təkcə ölkəmizdə deyil, xaricdə də tanındığını, hazırladığı e-kataloqun UNESCO-nun, Vikipediyanın işlək modelinin İFLA-nın, hazırladığı rəqəmsal bazaların isə xarici kitbxanaların ehtiyaclarını qarşıladığını bildirib.

            L.İmanovaadı çəkilən layihələrin reallaşması üçün şərait yaratdığına görə ölkə başçısına, akademiya rəhbərliyinə, MEK tərəfdaşlarına, Azərbaycanın aparıcı kitabxanalarına, könüllülərə, media qurumlarına, ictimai təşkilatlara, diplomatik nümayəndəliklərə, eləcə dəkitabxananın kollektivinin hər bir üzvünətəşəkkürünü  bildirib.

Daha sonra tədbirdə MEK-in 5 illik fəaliyyətinə həsr olunmuş video-film nümayiş etdirilib.Video-hesabatda MEK-in qısa müddət ərzində yeni binaya köçürülməsindən, 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları və xarici ölkələrin nümayəndələrinə açıq olan, iki növbədə çalışan kitabxananın fəaliyyətindən, geniş elmi elektron bazalara çıxışın təmin edilməsindən, MEK fondlarından, müxtəlif kolleksiyalardan, fondların ictimaiyyətə müntəzəm açıqlanmasından, Azərbaycan Mətbuat Şurası başda olmaqla ölkənin aparıcı mətbu orqanları, eləcə də digər təşklatlarla əməkdaşlığından, yerli və beynəlxalq miqyaslı tədbirlərdənbəhs olunub.

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili  Əflatun Amaşov,M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru,professor Kərim Tahirli, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi nəzdində Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, AMEA-nın Akademik Yusif Məmmədəliyev adına Neft–Kimya Prosesləri İnstitutunun direktoru,akademik Vaqif Abbasov çıxış edərək 2014-2019-cu illərdə kitabxananın fəaliyyətini xarakterizə edən yeniliklərdən və uğurlardan danışaraq, əldə edilən yüksək nəticələrə görə MEK kollektivini təbrik ediblər.

MEK-in fəal oxucularından professor Tofiq Mustafazadə müəssisədə müasir tələblərə cavab verən yüksək xidmətdən və texnologiyalardan danışıb və bir oxucu kimi kitabxana heyətinə öz təşəkkürünü bildirib.

Tədbirdə həmçinin MEK-in bir qrup əməkdaşı AMEA-nın müxtəlif bölmələrinin fəxri fərmanları ilə təltif olunublar.

AMEA müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də digər təşkilatlardan nümayəndələrin iştirakı ilə keçirilən tədbir hesabatın müzakirəsi ilə davam edib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə