Təqvim
AMEA ilə Türkiyənin Doqquz Eylül Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb (+FOTO)
09 iyun 2019 - 00:33

Canveten.az xəbər verir ki, iyunun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Türkiyənin Doqquz Eylül Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib, qurumlar arasında qarşılıqlı elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq daim dövlətin diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan Milli Elmlər Akademiyasının tarixi inkişaf yolu, burada aparılan elmi-tədqiqat istiqamətləri haqqında ətraflı danışıb, Azərbaycanla qardaş Türkiyə arasında bütün sahələrdə olduğu kimi, elmi əməkdaşlıq istiqamətində də mühüm addımlar atıldığını diqqətə çatdırıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə beynəlxalq elmi əməkdaşlığın daha böyük coğrafiyanı əhatə etdiyini xüsusi vurğulayan akademik İsa Həbibbəyli son illərdə Akademiyada aparılan islahatlardan, elmsahələriarası əlaqələrdən, yeni yaradılan perspektiv elmi istiqamətlərdən bəhs edib. Bildirilib ki, akademiyanın ayrı-ayrı institutlarında aparılan elmi-tədqiqat işlərinin səmərəliliyinə xüsusi diqqət yetirilir, əsasən innovasiyayönümlü beynəlxalq layihələr uğurla icra olunur. Humanitar və ictimai elmlər sahələrində də aparılan çoxistiqamətli elmi-tədqiqat işlərindən, perspektivli layihələrdən geniş bəhs edən akademik İsa Həbibbəyli müxtəlif profilli elmi araşdırmaların böyük önəm kəsb etdiyini bildirərək beynəlxalq elmi əlaqələrin inkişafından danışıb, AMEA ilə Tükiyənin Doqquz Eylül Universiteti arasında imzalanan müqavilənin iki dost və qardaş ölkənin qarşılıqlı elmi əməkdaşlığının daha da genişləndirilməsi sahəsində böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Türkiyənin Doqquz Eylül Universitetinin rektoru, professor Nükhet xanım Hotar Azərbaycan-Türkiyə elmi əlaqələrinin böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının inkişaf tarixindən, ali təhsil və elmi araşdırmalar səhəsində qazandıqları nailiyyətlərdən danışıb. İki qardaş ölkənin elm və ali təhsil qurumları arasında qarşılıqlı elmi əlaqələrin yüksək xətlə inkişaf etdiyini xatırladan rektor bundan sonra da genişləndiriləcək əməkdaşlığın perspektivlərindən söhbət açıb. Nükhetxanım Hotarbu münasibətləri daha sağlam mərhələyə daşıyan əməkdaşlıq müqaviləsinin böyük önəm daşıdığını diqqətə çatdırıb.

Sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyənin Doqquz Eylül Universiteti arasında qarşılıqlı elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və  Doqquz Eylül Universitetinin rektoru, professor Nükhet xanım Hotarimzalayıblar. Əməkdaşlıq müqaviləsində iki ölkənin elm və təhsil qurumları arasında xüsusi əhəmiyyət kəsb edən bir sıra məsələlərin həyata keçirilməsi nəzərdə tutulur.

Görüşdə AMEA-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, Doqquz Eylül Universitetinin əməkdaşlarındanİqtisadi və İnzibati Elmlər fakültəsinin professoruAsuman Altay, dövlətlərarasıəlaqələndirici professor LeventÇovaş, universitetin professoruGülmiraKuruoğlu iştirak ediblər.

Tərəflər bir-birinə kitab, kataloq və xatirə hədiyyələri təqdim ediblər.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

Sosial şəbəkələrdə paylaş:
Bu mədəniyyət xadimlərinə fəxri adlar verildi - SİYAHI 16:02, 18 sentyabr 2019
İbn Sinanın ağır xəstəlikləri müalicə edən – MÖCÜZƏVİ RESEPTİ FOTO=115:37, 18 sentyabr 2019
Bal yarmarkasına müraciət edən arıçıların seçimi həyata keçirilib... FOTO=215:27, 18 sentyabr 2019
Qayda pozan yol polisinə ciddi xəbərdarlıq edildi.... VIDEO=115:22, 18 sentyabr 2019
"Onunla aramızda sevgi olmayıb" - Yaşar Nurinin həyat yoldaşından ŞOK AÇIQLAMA 14:42, 18 sentyabr 2019
Vəkil intihar edən Elinanın işi bağlı ŞOK DETALLARI AÇIQLADI: Ağlayıb, hallallıq istəyirdi FOTO=113:35, 18 sentyabr 2019
Problem SOS siqnalı çalınacaq qədər təhlükəlidir” Deputat13:13, 18 sentyabr 2019
Naxçıvan Qarnizonu tam orta məktəbində Bilik Günü qeyd edildi VİDEO+FOTO=212:22, 18 sentyabr 2019
Bakı Uşaq Teatrı “Sehirli Tütək” tamaşası ilə yeni mövsümə start verəcək (+FOTO) 02:19, 18 sentyabr 2019
Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri ilə görüş keçirilib (+FOTOLAR) 02:12, 18 sentyabr 2019
XEYRİYYƏÇİ İŞ ADAMI Gülaga Qəmbərov ( GÜLAĞA TƏNHA )09:56, 17 sentyabr 2019
Bakının qurtuluşu gününə həsr olunmuş mərasimdə Türkiyədən gəlmiş qazilər yallı halayına qoşulublar (+FOTOLAR, +VIDEO) 01:40, 17 sentyabr 2019
Humanitar Elmlər Bölməsinin iclası keçirilib (+FOTOLAR) 01:09, 17 sentyabr 2019
AMEA Botanika İnstitutu Türkiyə Milli Botanika Bağı ilə əməkdaşlıq edəcək (+FOTOLAR) 01:04, 17 sentyabr 2019
Gömrük Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib (+FOTOLAR) 00:44, 17 sentyabr 2019
Bakıda Çərçivə Konvensiyasının VI Tərəflər Konfransına hazırlıq komitəsinin görüşü keçirilir 00:34, 17 sentyabr 2019
Bakı Dövlət Universitetində Bilik Günü keçirilib (+FOTOLAR) 00:19, 17 sentyabr 2019
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub (+FOTOLAR) 23:59, 16 sentyabr 2019
Gülağa Tənha : " Ağlama şəhid anası "10:18, 16 sentyabr 2019
Gülağa Tənhanın kitab təqdimatından... 10:36, 15 sentyabr 2019
 

Bütün hüquqlar qorunur © 2019

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə