Canveten.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev, Təbələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı və bir qrup tələbə Bakının Qaradağ rayonunun yuxarı sinif şagirdləri ilə görüş keçiriblər. Qaradağ Rayon Gənclər Evində keçirilən görüşdə şagirdlərə AzTU ilə bağlı geniş məlumat verilib,universitetin fakültə və ixtisasları, həmçinin, tələbə həyatı, şəxsi inkişaf yönündə həyata keçirilən tədbirlərlər haqqında danışılıb. İnteraktiv keçirilən görüşdə şagirdləri maraqlandıran məqamlara aydınlıq gətirilib. Şagirdlərdə universitet haqqında daha geniş təəssürat yaratmaq üçün sonda AzTU haqqında film nümayiş olunub. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur © 2025