Təqvim
Belarus Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib (+FOTO)
29 may 2019 - 20:28

Canveten.az xəbər verir ki, mayın 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ölkəmizdə səfərdə olan Belarus Respublikası Dövlət Gömrük Komitəsinin sədriYuriy Senkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Səfər Mehdiyev Azərbaycan və Belarus arasında səmimi dostluq və əməkdaşlıq əlaqələrindən söhbət açıb, bu əlaqələrin möhkəm əsaslar üzərində qurulduğunu və bu gün də həmin münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildirib.

Azərbaycan-Belarus münasibətlərinin inkişaf etdirilməsində hər iki ölkə prezidentlərinin fəaliyyətini xüsusilə qeyd edən DGK sədri onu da bildirib ki, Azərbaycanla Belarus arasındakı iqtisadi-ticari əlaqələr hər iki dövlətin iqtisadiyyatına mühüm töhfə verir.

Səfər Mehdiyev Azərbaycanın Belarusla gömrük sferasında da qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdırıb, bu gün imzalanacaq sazişin tərəflər arasında əlaqələrin inkişafına və inteqrasiyasına öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Azərbaycan gömrüyündə geniş islahatlar proqramının həyata keçirildiyi barədə məlumat verən DGK sədri, həmçinin elektron xidmətlərin səviyyəsinin yüksəldilməsi, ticarətin daha da asanlaşdırılması istiqamətində yeni qaydaların tətbiqindən bəhs edib, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə xüsusi önəm verildiyini bildirib.

Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə təşəkkür edən Belarus Respublikası Dövlət Gömrük Komitəsinin sədri Yuriy Senko Azərbaycana səfərindən, ölkəmizin inkişafından, eləcə də gömrük orqanlarındakı islahatlardan məmnunluğunu bildirib, iki ölkənin gömrük orqanları arasında əlaqələrin gələcək perspektivlərinə toxunub. 

İki dost ölkə arasında bütün sahələrdə, o cümlədən, gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edən qonaq qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Belarus Respublikasının Dövlət Gömrük Komitəsi arasında Azərbaycan Respublikası və Belarus Respublikası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Sazişin imzalanma mərasimi keçirilib. Sənədi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Belarus Respublikası Dövlət Gömrük Komitəsinin sədri Yuriy Senko imzalayıblar.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                              

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə