Təqvim
"Cəmiyyətin ümumi humanitar məkanı: mədəniyyət, elm, təhsil sahəsində dialoq" mövzusunda IV Forum keçirilib (+FOTOLAR)
28 may 2019 - 21:54

Canveten.az xəbər verir ki, 15-16 may 2019-cu il tarixlərində Türkmənistan Respublikasında  "Cəmiyyətin ümumi humanitar məkanı: mədəniyyət, elm, təhsil sahəsində dialoq" mövzusunda MDB üzvü olan dövlətlərin yaradıcı və elmi ziyalıların IV Forumu  keçirilib.

Forumda MDB ölkələrinin tanınmış ictimai xadimləri, incəsənət ustaları, alimlər, mədəniyyət müəssisələrinin rəhbərləri, elmi və tədris mərkəzləri, media nümayəndələri də daxil olmaqla 200-ə yaxın nümayəndə iştirak edib.

Qeyd edək ki, forumda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını Tədris işləri üzrə prorektor, pedaqoji elmlər namizədi, Əməkdar müəllim,professor Nərminə Quliyeva təmsil edib. Bununla yanaşı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri MDB ölkələrinin orkestlərinin tərkibində çıxış ediblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                              

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
GƏNCLƏR və İDMAN, QHT

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə