Təqvim
Naxçıvan Bölməsində Biomüxtəliflik gününə həsr edilən konfrans keçirilib (+FOTO)
22 may 2019 - 21:21

Canveten.az xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Ekoloji Tərbiyə Mərkəzinin, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin birgə təşkilatçılığı ilə 22 may-Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunan elmi konfrans keçirilib.

Tədbirdə institutun direktoru, akademik Tariyel Talıbov biomüxtəlifliyin qeyd olunma tarixindən, ölkəmizdə ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra qəbul edilən sənədlər, təbiətin qorunması sahəsində atılan mühüm praktiki addımlar bioloji müxtəlifliyin qorunması baxımından böyük əhəmiyyət kəs edir.

Naxçıvanda biomüxtəlifliyin qorunması istiqamətində aparılan məqsədyönlü tədbirlərdən də söz açan Tariyel  Talıbov vurğulayıb ki, muxtar respublikanın zəngin biomüxtəlifliyinin qorunması və bərpası istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün regionda əlverişli ekoloji mühit yaradılıb.

Alim rəhbərlik etdiyi qurumun apardığı tədqiqatlardan, muxtar respublikanın flora və fauna biomüxtəlifliyinə dair nəşr edilən fundamental elmi əsərlərindən bəhs edib. Qeyd olunub ki, regionun zəngin təbiətinin qorunması, öyrənilməsi və geniş miqyasda elmi tədqiqatlara cəlb edilməsi Bioresurslar İnstitutunun qarşısında duran mühüm vəzifələrdən biridir.

Konfransda, həmçinin Bioresurslar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Namiq Abbasovun “Naxçıvan Muxtar Respublikası florasında Paxlalıkimilər fəsiləsinin nadir növləri və onların qorunması”, kiçik elmi işçi Hüseyn Rəsulzadənin “Naxçıvan Muxtar Respublikası fauna biomüxtəlifliyinin su-bataqlıq quşları”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Şövqi Əliyevin “Naxçıvan Muxtar Respublikasında biomüxtəlifliyin mühafizəsi”, Naxçıvan Dövlət Universitetinin “Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dosenti, biologiya üzrə fəlsəfə doktoru Fəridə Səfərovanın “Naxçıvan Muxtar Respublikası florasının zəhərli bitkiləri və onların tibdə rolu” və Ekoloji Tərbiyə Mərkəzinin dərnək rəhbəri Sevda Əliyevanın “Biomüxtəlifliyin qorunmasında ekoloji hərəkatın rolu” mövzusunda məruzəsi dinlənilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                              

Sosial şəbəkələrdə paylaş:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə