Təqvim
BDU-da ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü münasibətilə tədbir keçirilib (+FOTOLAR)
09 may 2019 - 02:58

Canveten.az xəbər verir ki, Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib.Əvvəlcə tədbir iştirakçıları ulu öndərin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən rəsm sərgisi ilə tanış olublar.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb.

BDU-nun rektoruElçin Babayev ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, demokratik dövlət quruculuğu konsepsiyasından, böyük xilaskarlıq missiyasından danışıb. Ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini diqqətə çatdıran rektor ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ulu öndərin keçdiyi mənalı ömür yolundan, çoxşaxəli fəaliyyətindən, müdrik və qətiyyətli siyasəti nəticəsində yaranan siyasi sabitlikdən, vətəni və xalqı üçün gördüyü nəhəng işlərdən danışıb.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycançılıq ideologiyasını milli ideologiya kimi təqdim edən ulu öndər Heydər Əliyev dövlət dilinin qorunması üçün böyük fədakarlıqlara imza atıb, senzuranı götürməklə mətbuatın, söz azadlığının inkişafına nail olub.

“Səs” Media qrupunun rəhbəri Bəhruz Quliyev ümummilli lider Heydər Əliyevin “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamını xatırladaraq ulu öndərin milli dövlətçilik konsepsiyası haqqında məlumat verib.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, ulu öndər Heydər Əliyev harada olubsa Azərbaycanın mənafeyini qoruyub, siyasi sabitliyi bərqərar edib, iqtisadi inkişaf tempini artırıb.

Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən və BDU-nun sifarişi ilə “SƏS” Media Qrupu tərəfindən hazırlanmış filmin nümayişindən sonra tədbir xalq artisti Ağadadaş Ağayevin ifasında “Xalq Heydər söyləyəcək” mahnısı ilə yekunlaşıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
“Masallı folklor örnəkləri” 3-cü kitabının təqdimatı 19:58, 30 may 2024
Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir 14:45, 29 may 2024
Boks üzrə kadetlər arasında zona birinciliyinin finalına yekun vurulub 16:51, 28 may 2024
Masallı məktəblərində Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib 22:58, 27 may 2024
Müstəqillik Günü münasibətilə konsert – Masallıda 20:33, 27 may 2024
Masallının volleybolçu qızları region çempionudur 19:16, 27 may 2024
Güləş üzrə region turnirinə yekun vurulub – Masallıda 19:40, 25 may 2024
4 Masallı məktəblisi Zona Fənn Olimpiadasının qalibləri sırasında 12:45, 25 may 2024
“Müstəqil, müasir Azərbaycanın qurucusu və əbədiyaşar lideri” – Masallıda tədbir 20:05, 24 may 2024
Professor Musa Quluzadənin yubileyi qeyd olunub 15:18, 24 may 2024
Lənkəran-Astara regionu üzrə Spartakiada keçirilir – MASALLIDA 18:39, 23 may 2024
HÜNƏR QALASI 22:41, 22 may 2024
“Azad, firavan yurdum” – Masallıda tədbir 16:49, 22 may 2024
Masallıda partiya veteranları ilə görüş keçirilib 17:45, 21 may 2024
Masallıda qanvermə aksiyası keçirilib 17:12, 21 may 2024
Monitorinqlərdə 5289 Masallı məktəblisi biliyini sınayıb 18:54, 19 may 2024
Masallıda Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbir keçirilib 22:07, 17 may 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə