Təqvim
Pakistanlı jurnalistlər Mətbuat Şurasında olublar (+FOTOLAR)
06 may 2019 - 13:42

Pakistan İslam Respublikasından olan jurnalist nümayəndə heyətinin üzvləri Azərbaycan Mətbuat Şurasında olublar. Bütün Pakistan Qəzetləri Cəmiyyətinin (All Pakistan Newspapers Society - APNS) İcrayyə Komitəsinin prezidenti, ölkənin «The DAWN Media Group» şirkətinin rəhbəri Həmid Harunun başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə «Nawa-i-Waqt Group»un marketinq direktoru Bilal Mahmud, “Daily The News International” qəzetinin redaktoru Amir Ğauri, “Diplomatic News Agency” xəbər agentliyinin və “Centreline” jurnalının baş redaktoru, APNS-in İdarə Heyətinin üzvü Ənsar Batti, “GEO Network” və “The Jang Group”un nümayəndəsi Məsrur Əhməd, APNS-in İdarə Heyətinin üzvü Tənvir Tahir, aparıcı foto-jurnalist, “Whitestar Photos” şirkətinin baş əməliyyat direktoru Arif Mahmud daxildir.

Qonaqları salamlayan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov onlara ölkəmizdə söz və ifadə azadlığı sahəsindəki vəziyyət, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.

Qarşılıqlı diskussiya şəraitində keçmiş görüşdə qonaqların Şuranın şikayətləri araşdırma təcrübəsi, həmçinin media qanunvericiliyi, jurnalist hüquqlarının qorunması, onların sosial müdafiəsinin təşkili məsələləri ilə bağlı sualları cavablandırılıb.

Görüşdə eyni zamanda Pakistan və Azərbaycan arasındakı müxtəlif sahələrdəki əməkdaşlıq məsələlərinə də nəzər salınıb. Bildirib ki, yüksək səviyyəli bu əməkdaşlığın media sahəsində də olması mütləqdir. Mövcud xüsusda Azərbaycan Mətbuat Şurası ilə Bütün Pakistan Qəzetləri Cəmiyyəti arasında anlaşma memorandumunun işlənib hazırlanması barədə razılığa gəlinib. Belə bir sənədin qarşılıqlı jurnalist səfərlərinin həyata keçirilməsi, eləcə də Azərbaycanın və Pakistanın media orqanları arasında fərdi münasibətlərin yaranması, informasiya mübadilənin etibarlı mühitinin formalaşması baxımından əhəmiyyətli baza rolunu oynayacağına inam ifadə edilib.

Görüşdə Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkar İttifaqının sədri Müşfiq Ələsgərli, Şuranın İdarə Heyətinin üzvləri – “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “ONA News Agency” rəhbəri Vüsalə Mahirqızı, “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov, habelə “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan iştirak ediblər.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə