Təqvim
İƏT Bakı Mərkəzi Kazanda İƏT Gənc İş Adamlarının Forumunu keçirdi (+FOTOLAR)
27 aprel 2019 - 02:01

Canveten.az xəbər verir ki,  21-25 aprel tarixlərində Kazan şəhərində İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi  (İƏT Gənclər Forumu Bakı Mərkəzi) və Tatarstan hökumətinin birgə təşkilatçılığı ilə İƏT Gənc İş Adamlarının 5-ci Forumu keçirilib. Forum 11-ci “Rusiya-İslam Dünyası” Biznes Forumunun rəsmi tədbiri kimi baş təşkil olunub.

Dünən Forumun sonuncu günündə tədbirin təntənəli bağlanış mərasimində Tatarstan prezidenti Rüstəm Minnixanovun, Malayziyanın Sahibkarlıq naziri Mohd Redzuan Yusufun və İslam Əməkdaşlıq Gənclər Forumunun(İƏGF) sədri Taha Ayhanın iştirak etdiyi mərasimdə müsəlman ölkələrindən qalib start-up müəlliflərinin seçimi baş tutub. Mərasimdə Forumun həmtəşkilatçısı qismində çıxış edən İƏT Gənclər Forumu ARM-nin baş direktoru Elməddin Mehdiyev Forumun yüksək səviyyədə keçirildiyinə görə Tatarstan Prezidenti və Hökumətinə dərin təşəkkürünü bildirib, eləcə də 5-cisi keçirilən Foruma bu günədək 9 mindən artıq startap layihəsinin təqdim olunduğunu, onlardan 600-dan yuxarı startapçıya təlimlər verildiyini, bu layihələr çərçivəsində investisiya proqramlarında 200-dən çox startap komandasının və 500-ə yaxın gənc iş adamının iştirak etdiyini qeyd etdi.

Qeyd etmək lazımdır ki, bu tədbirdə İƏT üzv-ölkələrindən olan 500-ə yaxın gənc iş adamının müraciətləri əsasında seçilmiş 25 ölkəni təmsil edən 50-dən çox iştirakçı və 35 startap komandası 5 gün ərzində keçirilən təlimlərdə iştirak ediblər.

Tədbir çərçivəsində İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi, Britanıya Birliyi(Commowealth) Gəncliyi Şurası və Tatarıstanın aparıcı gənclər hərəkatı olan “Sələt” arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.Tədbirlər çərçivəsində həmçinin İƏT Gənclər Forumu ARM-nin baş direktoru Elməddin Mehdiyev və Tatarstanın Gənclər naziri Dəmir Fəttahovla keçirilən görüşdə gələcəkəməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər. Görüşdə həmçinin Tatarstan Gənclər Nazirinin müavini Timur Suleymanov və İƏT Gənclər Forumu ARM İdarə Heyətinin üzvü, Tatarstanın “Sələt” Gənclər Hərəkatının sədri Aygül Qabdrəhmanova iştirak ediblər.

Qeyd etmək lazımdır ki, İƏT Gənc İş Adamları Şəbəkəsi 2011-ci ildə İƏT Gənclər Forumunun təşəbbüsü ilə Bakı şəhərində təsis edilib. Qurumun əsas məqsədi İƏT ərazisində gənc iş adamlarının fəaliyyətinə dəstək göstərmək, onların geniş və əməli koordinasiyanı həyata keçirməkdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
Gülağa Tənha Keçmişi unutmaq olmaz!12:35, 19 yanvar 2021
Gülağa Tənha "Cavab beş" müsahibəsi13:21, 18 yanvar 2021
“ASAN xidmət”dən Qələbəni bizə yaşadanlar üçün xüsusi xidmət 22:25, 17 yanvar 2021
BDU-nun jurnalistika fakültəsinin tələbəsi Əsgər İsmayılov yazır: Xatirimizdə "Yaddaş muzeyi" olaraq yaşayacaq şəkil... 22:11, 17 yanvar 2021
Hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasının operativ, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün komissiya yaradıldı 21:53, 17 yanvar 2021
Vaksinasiyadan imtina edənləri hansı cəza gözləyir? - TƏBİB-dən AÇIQLAMA 19:55, 17 yanvar 2021
Azərbaycanda xüsusi karantin rejimi BU TARİXƏDƏK uzadıldı 19:51, 17 yanvar 2021
Məktəblərlə bağlı VACİB AÇIQLAMA 19:30, 17 yanvar 2021
Karantin rejimilə bağlı NƏ DƏYİŞDİ? - İZAH 19:24, 17 yanvar 2021
Azərbaycan təsəvvür edə bilməyəcəyimiz bir mövqeyə sahib oldu - Deputat 18:31, 17 yanvar 2021
Deputat Azay Guliyev: Prezident İlham Əliyevin islam və xristian dünyasına Şuşadan verdiyi mesaj barədə yazıb 18:13, 17 yanvar 2021
Gülağa Tənha Qərar qəbul etmə prinsipi və...14:30, 17 yanvar 2021
Səhiyyə Nazirliyi: Vaksin təhlükəsizdir 20:12, 16 yanvar 2021
Gürcüstanda iki nəfəri girov götürən keçmiş polis əməkdaşı saxlanılıb 20:07, 16 yanvar 2021
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlayır - İlk olaraq ONLARA vaksin vurulacaq 19:44, 16 yanvar 2021
Şuşada vaksinlərin saxlanma məntəqələri qurulur 19:37, 16 yanvar 2021
Bu sahələrin fəaliyyəti bərpa olunur - SİYAHI 19:00, 16 yanvar 2021
Yaqut Qarayeva: Hazırda bu şəxslərin vaksinasiyasına ehtiyac yoxdur - Müsahibə 18:49, 16 yanvar 2021
Hərəkətsizlik və həzm prosesinin düzgün getməməsi uşaqlarda piylənməyə səbəb olur 16:02, 16 yanvar 2021
Ölümlə mistik əlaqə: Saatlardakı ürkütücü müəmma... 13:51, 16 yanvar 2021
 

Bütün hüquqlar qorunur © 2021

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə