Təqvim
"Cəfər Cabbarlının sənət idealları və müasir dövr" mövzusunda elmi sessiya keçirilib (+FOTOLAR)
27 aprel 2019 - 01:28

Canveten.az xəbər verir ki, aprelin 25-də AMEA Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq, şair və nasir, teatrşünas, kinoşünas Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr edilən "Cəfər Cabbarlının sənət idealları və müasir dövr" mövzusunda elmi sessiya keçirilib.

Sessiya çərçivəsində ədibin əsərlərindən ibarət sərgi də təşkil olunub.

Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq elmi sessiyanın Prezident İlham Əliyevin "Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında" 17 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən baş tutduğunu bildirib. Sərəncam çərçivəsində respublikanın müxtəlif elmi-tədqiqat və təhsil müəssisələrində, o cümlədən AMEA-da silsilə tədbirlərin keçirildiyini deyən akademik sözügedən sənədin C.Cabbarlı irsi ilə bağlı yeni yanaşmaların, eləcə də onun itmiş əsərlərinin üzə çıxmasına təkan verdiyini söyləyib. O, Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli tərəfindən ədibin "Kazım bəy" romanının, eləcə də bu günə kimi dərc edilməyən məktublarının tapıldığını və tezliklə çap olunacağını diqqətə çatdırıb.

Cəfər Cabbarlının ədəbiyyatımızın ən məşhur simalarından biri olduğunu deyən İsa Həbibbəyli bildirib ki, o, XX əsr Azərbaycan dramaturgiyasını yeni mərhələyə qaldırıb, sentimental, realist, romantik ədəbi cərəyanların ən mükəmməl nümunələrini yaradıb. Akademik yazıçının "Oqtay Eloğlu", "Almaz", "Sevil" və s. pyeslərindəki milli vətənpərvərlik ruhu, qadın azadlığı kimi ideyaların bu gün də cəmiyyət üçün aktual olduğunu söyləyib, ədibin yeni obrazlar və süjetlərlə ədəbiyyatımızı zənginləşdirdiyini vurğulayıb.

C.Cabbarlının milli teatrımızın inkişafında da müstəsna xidmətləri olduğunu xatırladan AMEA-nın vitse-prezidenti qeyd edib ki, o, həm özünün, həm də digər Azərbaycan müəlliflərinin əsərlərinə rejissorluq edib, həmçinin teatr xadimi kimi onların səhnələşdirilməsinə dəstək verib.

Sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli çıxış edərək yenilik, müasirlik uğrunda mübarizənin C.Cabbarlı yaradıcılığının əsas qayəsini təşkil etdiyini, ədibin şəxsiyyət azadlığı, humanizm, milli azadlıq və istiqlal idealarının carçısı olduğunu söyləyib.

Elmi sessiyada, həmçinin filologiya elmləri doktoru, professor Şirindil Alışanlının "Cəfər Cabbarlının sənəti zamanın sınağında", sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarlının  "Azərbaycan teatrında Cəfər Cabbarlı fenomeni", filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlilovun "Cəfər Cabbarlının yaradıcılığında dövrün sosial-mədəni refleksləri" və filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyevanın "Cəfər Cabbarlının arxivində ədəbi məktublar" mövzusunda məruzəsi dinlənilib.

Sonda "Zülmətdən doğan işıq" sənədli filmi nümayiş etdirilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
Masallıda şəhid İnqilab Nağıyevin xatirəsi anılıb 15:05, 17 aprel 2024
İki Masallı məktəblisi maksimum nəticə göstərib 18:48, 16 aprel 2024
Bu gün millətin sevimlisi hörmətli Anar Ələkbərovun AD GÜNÜdür... 18:36, 13 aprel 2024
Ən çox oxunan müəlliflə görüş – II Kitab Sərgisi çərçivəsində 17:29, 08 aprel 2024
Aprel şəhidinin xatirəsi anılıb - Masallıda 00:48, 06 aprel 2024
Masallı məktəblərində Aprel döyüşlərilə bağlı tədbirlər keçirilib 21:23, 05 aprel 2024
Şəhid Qəhrəman İsmayılovun doğum günü qeyd olunub – Masallıda 23:51, 04 aprel 2024
Şəhid Elşən Bəşirovun xatirəsi anılıb – Masallıda 20:14, 03 aprel 2024
“Zəfərə gedən yol” – Masallıda tədbir 19:12, 03 aprel 2024
Masallılı karateçi qardaşlar respublika birinciliyinin qalibidir 12:47, 31 mart 2024
Masallı məktəblərində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib 14:58, 30 mart 2024
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb 12:33, 30 mart 2024
Əliməmməd Nuriyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub 23:19, 29 mart 2024
“Sağlamlıq körpüsü” layihəsi – Masallıda 20:59, 29 mart 2024
Masallıda iftar süfrəsi açılıb 19:55, 28 mart 2024
Azərbaycanda vətəndaşlar sağlam və təhlükəsiz formada yaşayır və yaşayacaqlar 13:28, 27 mart 2024
Qəhrəman tank komandiri 21:18, 24 mart 2024
Masallıda şəhid Sahil Babayevin xatirəsi anılıb 20:12, 21 mart 2024
“Ana, mənə az ağla” 11:49, 21 mart 2024
Masallının ümumtəhsil müəssisələrində Novruz tədbirləri 17:31, 19 mart 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə