Təqvim
Azərbaycan Texniki Universitetində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar keçirilib (+FOTOLAR)
19 aprel 2019 - 03:58

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 dekabr 2018-ci il tarixli 819s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planının 7-ci bəndinin icrası ilə əlaqədar Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin San Dieqoda fəaliyyət göstərən əməkdaşı, İDEC Konfransının “Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı Rokuelle E. Herronun təklif etdiyi “Mən öz gələcəyimi seçirəm” mövzusunda aprelin 18-də Azərbaycan Texniki Universitetində (AzTU)  seminar keçirilib.

Seminarı giriş sözü ilə açan AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında keçirilən seminarlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalara qarşı mübarizənin gücləndirilməsi üçün təhsil ocaqlarında maarifləndirici tədbirlərin keçirilməsindən danışıb.

Sonra ABŞ-ın Narkotiklə Mübarizə İdarəsinin əməkdaşı, İDEC Konfransının iştirakçısı Rokuelle Herron Bakıda keçirilən konfransın əhəmiyyətindən danışıb, konfransın keçirilməsində əsas məqsədin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə yolları və üsullarının müxtəlif ölkələrin nümayəndələri ilə birlikdə müzakirə edilməsi olduğunu bildirib.

Daha sonra Rokuelle Herronunnarkomaniyaya həsr olunmuş mühazirəsi tələbələr tərəfindən maraqla dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Seminarda Azərbaycan Respublikası Nazirlər Kabineti, Təhsil, Daxili İşlər, Gənclər və İdman, Səhiyyə nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti,  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Dövlət Gömrük Komitəsinin ekspert və nümayəndələri iştirak edib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə