Canveten.az xəbər verir ki, Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) aprelin 17-də işini başa çatdırıb. Konfransın bağlanış mərasimində çıxış edən ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyası (DEA) rəhbərinin səlahiyyətlərini icra edən Uttam Dillon narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu mübarizədə beynəlxalq əməkdaşlığın və tərəfdaşlığın vacibliyini qeyd edib. Bildirilib ki, bu mübarizənin bütün iştirakçıları uğur qazanmaq üçün yüksək əzmkarlıq və güclü həmrəylik nümayiş etdirməlidirlər. Bu prosesdə yaxşı əlaqələndirilmiş fəaliyyət, düşünülmüş proqram və strategiyaların hazırlanması və uğurla reallaşdırılması vacib əhəmiyyət daşıyır. DEA öz fəaliyyətində məhz bu prinsiplərin həyata keçirilməsinə çalışır. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdıran Uttam Dillon DEA-nın bu sahədə müxtəlif beynəlxalq təşkilatlarla və ölkələrlə fəal əməkdaşlıq etdiyini deyib. O, Bakı konfransının yüksək səviyyədə təşkil olunduğunu və mühüm müzakirələrin aparıldığını vurğulayaraq qeyd edib ki, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar göndərildi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general- leytenantı Səfər Mehdiyev bəşəriyyəti narahat edən başlıca problemlərdən olan narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransda səmərəli müzakirələrin aparıldığını bildirib. Səfər Mehdiyev vurğulayıb ki, bu gün dünyada qaçaqmalçılıq, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi bu sahədə peşəkar olan mütəşəkkil qruplar tərəfindən həyata keçirildiyi üçün ona qarşı mübarizə olduqca çətindir. Ona görə də aidiyyəti qurumlar və dövlətlər fəal informasiya və təcrübə mübadiləsi aparmalı, bu sahədə Mötəbər konfransın ölkəmizdə yüksək səviyyədə təşkili ilə bağlı tapşırıqlarına və bilavasitə dəstəyinə görə dövlətimizin başçısı İlham Əliyevə xüsusi minnətdarlığını bildirən Səfər Mehdiyev qeyd edib ki, bu tədbirin ölkəmiz üçün əhəmiyyətini artıran ən mühüm amillərdən biri də dünyanın 115 ölkəsindən gəlmiş əcnəbi qonaqların Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, dünyaya örnək təşkil edən multikultural ənənələri ilə tanış olmaq imkanıdır. Səfər Mehdiyev çıxışının sonunda konfransın Bakıda keçirilməsi təşəbbüsünə görə DEA-ya, eləcə də tədbirin təşkilində zəhmət olan qurumlara və şəxslərə minnətdarlığını ifadə edib. Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli HəsənovBeynəlxalq Konfransda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı səmərəli müzakirələrin, fikir və təcrübə mübadiləsinin aparılmasını yüksək qiymətləndirib. Baş nazirin müavini diqqətə çatdırıb ki, konfrans çərçivəsində regional qrupların sessiyalarında müxtəlif qurumların, ölkələrin nümayəndələri maraqlı məruzələrlə çıxış etdilər, fəal müzakirələr apardılar. Tədbirin ABŞ-ın Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının təklifinin Azərbaycan dövləti tərəfindən dəstəklənməsi sayəsində təşkil olunduğunu vurğulayan Baş nazirin müavini Prezident İlham Əliyevin konfransa böyük əhəmiyyət verdiyini vurğulayaraq dedi: “Bu mühüm tədbirin təşkilində hər iki tərəfin rolu böyükdür. Hər iki tərəf çox yüksək hörmətə və nüfuza malikdir. Prezident İlham Əliyev bu tədbirin Bakıda keçirilməsinə dərhal razılıq verdi. Bu tədbirə böyük önəm verən Azərbaycan dövlətinin başçısı konfransın yüksək səviyyədə keçirilməsi üçün aidiyyəti qurumlara tapşırıqlarını verdi, Təşkilat Komitəsinin yaradılması ilə bağlı Sərəncam imzaladı. Konfransda Azərbaycanın aidiyyəti dövlət qurumları ən yüksək səviyyədə təmsil olundu. Bu, ölkəmizin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə verdiyi böyük önəmin göstəricisidir”. Narkomanlığın, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinin hər il minlərlə insanın həyatını itirməsi ilə nəticələndiyini vurğulayan Baş nazirin müavini bildirib ki, qətiyyətli mübarizənin aparılması üçün konvensiyalar və mübarizə üsulları dövrün tələblərinə uyğunlaşdırılmalı, bu sahədə çalışan şəxslərin təhlükəsizliyi təmin olunmalıdır. Narkotiklərlə mübarizədə heç bir ölkə təkbaşına uğur qazana bilməz. Bu, dünya birliyinin əsas vəzifəsidir. Ona görə də bu sahədə beynəlxalq əməkdaşlıq daha da gücləndirilməlidir. Sonra tədbirin təşkilində iştirak edən könüllülərə bütün iştirakçılar adından minnətdarlıq ifadə olunub. Daha sonra bu sahədə uğurlu fəaliyyətinə və konfransın yüksək səviyyədə təşkilində bilavasitə iştirakına görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə DEA- nın adından təşəkkür plaketi təqdim olunub. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev isə öz növbəsində konfransın simvolik açarını ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyası (DEA) rəhbərinin səlahiyyətlərini icra edən Uttam Dillona təqdim edib. Beləliklə, Bakıda yüksək səviyyədə təşkil edilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans işini başa çatdırıb. Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəal iştirakı ilə təşkil edilən, “Qlobal tərəfdaşlıqların səfərbər edilməsi” mövzusuna həsr olunan üçgünlük Bakı konfransının məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qlobal mübarizəyə cəlb olunmuş yüksək vəzifəli rəsmiləri bir araya gətirmək, bu bəşəri problemin həlli yollarını müzakirə etmək, fikir və qabaqcıl təcrübə mübadiləsi aparmaq idi. Dünyanın 115 ölkəsindən 432 nümayəndənin qatıldığı beynəlxalq konfrans narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mövcud olan müasir mübarizə üsullarından mütəxəssislərin bəhrələnməsi üçün əlverişli şərait yaradıb. ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! ŞƏRHLƏR : ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )
çalışan əməkdaşların peşəkarlığı artırılmalı, cəmiyyətdə geniş maarifləndirmə işi həyata keçirilməlidir. Bu mübarizədə yalnız birgə fəaliyyət və sıx əməkdaşlıq şəraitində qalib gəlmək mümkündür. Bakı konfransının da ən böyük əhəmiyyəti burada məhz beynəlxalq əməkdaşlığın, təcrübə və informasiya mübadiləsinin önəminin diqqət mərkəzində saxlanmasıdır.
Bütün hüquqlar qorunur © 2024