Təqvim
COĞRAFİYA İNSTİTUTUNDA SURAXANI MƏKTƏBLİLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB (+FOTOLAR)
16 aprel 2019 - 02:19

Canveten.az xəbər verir ki, H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Suraxanı rayonunun 232 saylı orta məktəbinin şagirdləri üçün “Müasir coğrafiya elminin  təcrübi-metodiki əsasları” mövzusunda növbəti seminar keçirilib.

İnstitutun direktoru, akademik Ramiz Məmmədov tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, artıq bir ənənə halını almış İnstitut əməkdaşlarının 232 saylı məktəbin kollektivi ilə mütəmadi görüşləri təqdirəlayiq bir haldır. Coğrafiyaçı alimlərin 2018-ci ilin noyabrında Suraxanı məktəbində “Kiçik akademiya” şagirdlərinin iştirakı ilə coğrafiya aylığı çərçivəsində keçirilən “Azərbaycan - Odlar diyarı” mövzusundakı tədbiri, həmin məktəbin şagirdləri ilə 2017-ci ilin mart ayında “Günəş enerjisindən istifadə”  mövzusunda keçirilən görüş-seminarı, eləcə də İnstitut əməkdaşı, həmin məktəbin məzunu, c.ü.f.d. Etibar Bədəlovun tez-tez məktəbdə olaraq, müxtəlif tədbirlərdə iştirakını xatırladaraq, belə tədbirlərin gənclərdə elmə, xüsusən coğrafiya elminə olan marağın artmasına xidmət etdiyini, gələcəkdə onların peşə seçimində müsbət rol oynaya biləcəyini diqqətə çatdırıb.

R.Məmmədov həmçinin coğrafiyanın müxtəlif istiqamətlərində İnstitutda aparılan elmi işlərdən, çöl  tədqiqatlarından, yeni  əhəmiyyətli nəşrlərdən, coğrafi problemlərdən və s. söhbət açıb.

Coğrafi fikir tarixi şöbəsinin rəhbəri, c.ü.f.d. Habil Haqverdiyev coğrafiya elminin inkişafında böyük rol oynayan görkəmli alimlər, İnstitutun son illərdə qazandığı nailiyyətlər, Azərbaycan Coğrafiya Cəmiyyətinin 80 illik yubileyinə hazırlıq və s. haqqında şagirdlərə məlumat verib.

İnsan coğrafiyası istiqamətinin rəhbəri, c.ü.e.d. Zakir Eminov bölümə daxil olan Siyasi və iqtisadi coğrafiya, Demoqrafiya  və əhali coğrafiyası, Turizm və Tibbi coğrafiya şöbələrinin fəaliyyəti, Azərbaycanın iqtisadi rayonları, coğrafiya tədris materialları haqqında danışıb, məktəbin coğrafiya müəllimlərinin tədris kitablarına olan fikir və iradlarını dinləyərək  suallarını cavablandırıb.

Qurunun hidrologiyası şöbəsinin rəhbəri, c.ü.e.d. Rəna Bəyim Qaşqay məktəblilərin Coğrafiya İnstitutu ilə əlaqələrini yüksək qiymətləndirib,  şagirdlərə öz tövsiyələrini verərək vətəni yaxşı tanımaq və sevmək, onun coğrafiyasını öyrənmək, eləcə də maraq dairəsini genişləndirmək məqsədilə gənclərin ölkənin müxtəlif guşələrinə  səfərlərinin  əhəmiyyətini  diqqətə çatdırılıb.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri, c.ü.f.d. Samirə Ələkbərova öz növbəsində Şuranın fəaliyyəti, nailiyyətləri və perspektivlərinə dair fikirlərini şagirdlərlə bölüşüb.

Coğrafiya üzrə fəlsəfə doktorları  Elina Kərimova və Etibar Bədəlov “Azərbaycanın palçıq vulkanları” mövzusunda təqdimatla çıxış ediblər, iştirakçıları maraqlandıran suallara cavablar veriblər.

 Məktəbli coğrafiyaçılar da həmçinin palçıq vulkanlarına dair fikirlərini bölüşüblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

 

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə