Ukraynada Azərbaycan diasporunun birləşməsi rəsmən təsdiqlənib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, bir çox təşkilatların təmsil olunduğu Ukrayna Azərbaycanlıları Radası (RAU) bu ölkənin Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib. "Bir neçə gün sonra Kiyevdə RAU-nun təsis qurultayı olacaq. Qurultayda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edəcək"
Bütün hüquqlar qorunur © 2025