Təqvim
Laçınlılara məxsus heyvanlar arasında profilaktik peyvəndləmə, diaqnostik müayinə və dezinfeksiyatədbirləri davam etdirilir (+FOTOLAR)
04 aprel 2019 - 23:50

 Canveten.az xəbər verir ki, cari ilin ilk günlərindən başlayaraq laçınlılara məxsus təsərrüfatlarda heyvanlar arasında “Epizootiya əleyhinə profilaktik və diaqnostika tədbirlər planı“ na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlərə start verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) bildirir ki, hazırda Ağcabədi rayonun Taxtakörpü qəsəbəsində (Laçın rayonundan köçkün salınan heyvandarlıqla məşğul olan insanların əksəriyyəti bu qəsəbədə yerləşib) və digər rayonlarda məskunlaşan laçınlılara məxsus heyvandarlıq təsərrüfatlarında tədbirlər davam etdirilir.

Hazırda laçınlılara məxsus təsərrüfatlarda 33 min baş iribuynuzlu, 180 min baş xırdabuynuzlu, 400 baş təkdırnaqlı, 3 min baş sahibli it və 1026500 baş ev quşu mövcuddur.

Cari ilin müvafiq dövrü ərzində Laçın Rayon Baytarlıq İdarəsinin 10 sahə baytarlıq məntəqəsi tərəfindən aparılan tədbirlər çərçivəsində laçınlılara məxsus ayrı-ayrı şəxsi təsərrüfatlarda 33321 baş iribuynuzlu, 21588 baş xırdabuynuzlu, 1307 baş təkdırnaqlı heyvanda qarayara, 3050 baş sahibli itdə quduzluq, 95263 baş xırdabuynuzlu heyvanda çiçək, 305500 baş çüçədə (La-sotaştammı ilə) və 211900 baş ev quşlarında (“H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1349 baş iribuynuzlu heyvandan qan nümunəsi alınaraq seroloji müayinə edilib.

Fevral ayının 10-dan bütün ölkədə olduğu kimi, Laçın rayonundan erməni işğalçıları tərəfindən köçkün salınan əhaliyə məxsus iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 31088 baş iribuynuzlu, 102320 baş xırdabuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.

Mart ayının ilk günlərindən isə Laçın Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyardermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 23503 baş iribuynuzlu heyvanda nodulyardermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılaraq 20 ədəd tövlə və tövləətrafı ərazilərdə 3830 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri görülüb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Görülən tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Qeyd edək ki, epizootik tədbirlər planına uyğun olaraq bundan sonra laçınlılara məxsus ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri davam etdiriləcəkdir. Həmçinin həssas heyvanlar arasında bruselyoz və epididimit xəstəliyini aşkar etmək, xəstəliklərinyayılmasının qarşısını almaq məqsədilə xırdabuynuzlu heyvanlardan qan nümunələrinin alınması nəzərdə tutulub.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                          

 

Sosial şəbəkələrdə paylaş:
Masallıda yeni məktəb binaları tikilir 17:41, 04 fevral 2023
GÜLAĞA TƏNHA: GƏLMİSƏN15:59, 04 fevral 2023
Azərbaycanda yeni cərimələr müəyyənləşdi 15:56, 04 fevral 2023
Xocalıda avtomobil dərəyə aşdı 15:38, 04 fevral 2023
Ruslar Xersonda Ukrayna qırıcısını vurdu 17:57, 03 fevral 2023
Prezident Tarif Şurasına əlavə səlahiyyətlər verdi 16:07, 03 fevral 2023
Bakıda narkotik satan kuryer şirkətinin əməkdaşları saxlanılıb 15:30, 03 fevral 2023
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında çıxış edib +FOTO12:45, 03 fevral 2023
GÜLAĞA TƏNHA: DARA ÇƏKİR21:30, 02 fevral 2023
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 20:32, 02 fevral 2023
Molla rejimindən qadınlarla bağlı qərar 18:47, 02 fevral 2023
Azərbaycan və Rumıniya prezidentlərinin təkbətək görüşü olub 18:45, 02 fevral 2023
Mehriban Əliyeva "Gənclər Günü" ilə bağlı PAYLAŞIM ETDİ 18:33, 02 fevral 2023
Rumıniya Prezidenti Klaus Yohannisin rəsmi qarşılanma mərasimi olub +FOTO18:00, 02 fevral 2023
Ermənistanda hərbi formalar dəyişdirilir 15:30, 02 fevral 2023
Fransa İstanbuldakı konsulluğunu bağladı 15:28, 02 fevral 2023
Türkiyəli iş adamının qızı Londondakı evində ölü tapıldı18:40, 01 fevral 2023
Qazaxıstan Rusiyadakı ticarət nümayəndəliyini bağlayır16:14, 01 fevral 2023
Saakaşvili vəsiyyətini elan etdi: Məni bu ölkədə dəfn edin16:00, 01 fevral 2023
GÜLAĞA TƏNHA: SƏNİN ADINA YAZDIM14:22, 01 fevral 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə