Təqvim
Vyana görüşü Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində yeni imkanlar yaradacaq - Rufiz Qonaqov
01 aprel 2019 - 11:22

Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların aparılması üçün yeni imkanlar yaradacaq. Bu danışıqların baş tutması Azərbaycan dövlətinin növbəti diplomatik uğurudur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib.
O qeyd edib ki, tərəflər arasında reallaşan görüş təsdiq etdi ki, danışıqlar yalnız Azərbaycan və Ermənistan arasında aparılır və format dəyişməz qalır.
Bundan əvvəllər Ermənistan tərəfi danışıqların formatının dəyişdirilməsi ilə bağlı müxtəlif iddialar irəli sürürdülər. Lakin martın 9-da ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış edərək formatın dəyişdirilməsinin qəbuledilməzliyini bildirdilər. Azərbaycan tərəfi də öz növbəsində dəfələrlə formatın dəyişilməzliyini vurğulayıb. Vyana görüşünün prosesə müsbət təsir edəcəyini deyən politoloq bildirib ki, bu görüş danışıqlar prosesinə yeni bir impuls verdi. Nəticə etibarilə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədrlər tərəfindən birgə “3+2” formatında bəyanat verildi.
Bəyanatda qeyd olunur ki, görüş əsnasında danışıqlar prosesinin əsas məsələləri və substantiv məqamları barədə fikir mübadiləsi aparılıb. Sülh prosesinin irəli aparılması üçün mühitin yaradılması, münaqişənin həlli üçün danışıqlar prosesində konkret və nəticəyönümlü addımlar atılmasının vacibliyi qeyd olunub. Bəyanatda, həmçinin atəşkəslə bağlı məqamlar da qeyd edilib. Atəşkəsin davam etdirilməsi, danışıqların intensiv, substantiv əsaslarla bir-birini tamamlaması vacib şərtlərdəndir, bunlar paralel və davamlı aparılmalıdır. Danışıqlar prosesinin mahiyyətinə gəldikdə, Azərbaycan Respublikasının mövqeyi bəllidir və birmənalı xarakter daşıyır. Bizim mövqeyimizin əsasını Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri təşkil edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.

Sosial şəbəkələrdə paylaş:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə