Təqvim
Azərbaycan və Gürcüstan gömrük xidmətinin nümayəndələri arasında regional layihələr müzakirə edilib (+FOTOLAR)
29 mart 2019 - 03:56

Canveten.az xəbər verir ki, Tbilisi şəhərində Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin nümayəndələri arasında işçi görüş keçirilib.

Azərbaycan tərəfdən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyevin iştirak etdiyi görüşdə Gürcüstanı Gəlirlər Xidmətinin Baş direktoru Vaxtanq Laşkaradze, Gömrük Departamentinin rəhbəri Mamuka Djanqulaşvili və müavini Kaxaber Baramia təmsil ediblər.

Görüşdə Avropa İttifaqının Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqi ilə bağlı Azərbaycan və Gürcüstanın birgə regional layihəsi müzakirə olunub, tərəflər NCTS-yə üzvlük istiqamətində görülən işlər barədə məlumat veriblər.

Eyni zamanda, Azərbaycan və Gürcüstan arasında həyata keçirilən dəmir yolu ilə daşımalarda mövcud vəziyyət, perspektiv və qeyd olunan daşımalar zamanı gömrük məsələləri barədə fikir mübadiləsi aparılıb. İki ölkə arasında imzalanan müvafiq sazişlərə əsasən Azərbaycan ərazisindən dəmir yolu vasitəsilə neft məhsullarının tranzit daşımaları zamanı gömrük orqanları tərəfindən tələb edilən zəmanət məktubunun elektron şəkildə təqdim edilməsi müzakirə edilib və bunun tranzit daşımaların sürətləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədində yeni “İpək Yolu - Abreshumis Gza” birgə gömrük-sərhəd buraxılış məntəqəsinin inşasının layihələndirilməsi, həmçinin birgə gömrük nəzarətinin təşkilinə dair məsələlər də müzakirə mövzusu olub. Bununla əlaqədar saziş layihəsinin imzalanmasından sonra sazişin müddəalarına əsasən zəruri mexanizmin icrası üçün müvafiq qaydaların hazırlanması barədə razılıq əldə edilib. Gürcüstan gömrük xidmətinin nümayəndələri layihənin icrasına Asiya İnkişaf Bankının maliyyə dəstəyi göstərəcəyini bildirib.

Daha sonra görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımalarda yüklərin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinə dair fikir mübadiləsi aparılıb, bu il aprelin sonunda Azərbaycan, Gürcüstan və Türkiyə gömrük xidmətlərinin nümayəndələri arasında işçi görüşün keçirilməsi razılaşdırılıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, Aqrar, QHT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə