Təqvim
Bakı Mühəndislik Universiteti BP ilə birlikdə startap eko sistemini inkişaf etdirir (+FOTOLAR)
04 mart 2019 - 23:46

Canveten.az xəbər verir ki,  Azərbaycanda innovasiya ekosisteminin formalaşmasında, o cümlədən startapların inkişafında xüsusi rol oynayan Bakı Mühəndislik Universiteti (BMU) bu sahədə BP şirkəti ilə əməkdaşlığa başlayır. "Yeni Fikir VI" startap müsabiqəsi BMU-nun təşkilatçılığı və BP-nin maliyyə dəstəyi ilə həyata keçirilir. Bu məqsədlə BMU-da geniş tərkibli görüş keçirilib. Hər iki tərəfin nümayəndələrinin iştirak etdiyi tədbirdə Təhsil Nazirliyi NRYTN Yüksək Texnologiyalar Parkı, ASAN İnnovasiyalar Mərkəzi, İNNOLAND İnkubasiya və İnnovasiya Mərkəzinin nümayəndələri də iştirak edib.

Tədbir iştirakçılarını salamlayan universitetin rektoru, professor Havar Məmmədov Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin bu sahəyə diqqətindən və ölkəmizdə yaradılan şəraitdən danışıb. Bildirib ki, dünyada texnologiyanın sürətlə inkişaf etməsi ilə bağlı olaraq BMU müasir tələblərə uyğun fəaliyyət və inkişaf istiqaməti seçib. Məhz buna görə də universitetin hazırladığı kadrlar müasir texnologiyalardan istifadə etməyi və öz ideyalarını biznesə çevirməyi bacarmalıdırlar. Qeyd edib ki, BMU-da sənaye müəssisələri üçün mühəndislik və iqtisadiyyat ixtisasları üzrə müasir nəzəri bilikli, qabaqcıl müəssisələrdə təcrübə keçən və müsbət vətəndaş xüsusiyyətlərinə malik kadr hazırlığı həyata keçirilir və universitetin gələcəkdə sahibkarlıq universitetinə çevrilməsi yönündə mühüm işlər görülür. "Yeni Fikir" startap müsabiqəsi (YFM) də innovativ sahibkarlığın inkişafını dəstəkləyən layihədir. BP-nin də layihədə tərəfdaşlığı müsabiqəyə marağın daha da artacağına və yüksək səviyyədə təşkil olunacağına səbəb olacaq.

BP-nin Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək BP-nin Azərbaycanda təhsil sahəsində, innovativ texnosahibkarlıq konsepsiyalarının, layihələrin və startapların dəstəklənməsi istiqamətində gördüyü işlərdən danışıb. O, bildirib ki, Azərbaycanda BP-nin həyata keçirdiyi təhsil layihələrinin əsas məqsədlərindən biri ölkənin gələcəyi üçün güclü intellektual kapitalın yaradılmasına yardım etməkdir. İnanırıq ki, "Yeni Fikir VI" startap müsabiqəsi ölkənin ekosisteminin güclənməsi üçün texnologiyaya və innovasiyaya meyilli çox sayda insanın birgə işləməsi və öz intellektual bacarıqlarını və ambisiyalarını birləşdirməsi üçün böyük imkanlar yaradacaq.

Sonra müsabiqənin layihə rəhbəri BMU Texnoparkının müdiri dosent İsa Qasımov müsabiqə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, BP-nin maliyyə dəstəyi ilə keçiriləcək "Yeni Fikir VI" startap müsabiqəsi əvvəlki müsabiqələrdən fərqli olaraq həm də ekosistemə yeni startapların daxil olmasını hədəfləyir. O, layihənin 7 ay müddətində bir neçə mərhələdə keçiriləcəyini və startap müsabiqəsinə layihələrin qeydiyyatı 4 mart –5 may 2019-cu il tarixlərində yenifikir.az veb səhifəsi vasitəsilə həyata keçirildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, müsabiqə haqqında, həmçinin startapların əldə edəcəyi imkanlar haqqında ətraflı informasiya yenifikir.az veb səhifəsində verilib. Müsabiqə qalibləri maliyyə və inkibasiya xidmətləri şəklində dəstək ala biləcəklər.

Tədbirdə çıxış edənlər BMU ilə BP arasındakı əməkdaşlığı yüksək qiymətləndirib və birlikdə görüləcək işlərin faydalarından danışıblar.

Sonda tədbir iştirakçıları universitetin Texnoparkında fəaliyyət göstərən startapların fəaliyyəti, BP tərəfindən qurulmuş kimya mühəndisliyi və mexanika mühəndisliyi laboratoriyaları ilə tanış olublar. Qonaqlar həmçinin tələbələrin dərs prosesində laboratoriyalarda apardığı təcrübələri də yaxından izləyiblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, QHT
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə