Təqvim
AzTU-da coğrafi informasiya sistemlərindən və peyk təsvirindən istifadə imkanları müzakirə edilib (+FOTOLAR)
02 mart 2019 - 03:18

 Canveten.az xəbər verir ki, fevralın 28-də Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsixidmətlərinin inkişafına dair  2019–2022-ci illər üçün Dövlət Proqramı”na əsasən “Azərikosmos” ASC-nin nümayəndələri ilə Azərbaycan Texniki Universitetinin (AzTU) bir qrup professor-müəllim heyəti arasında görüş keçirilib.

AzTU-nun prorektoru, professor İsa Xəlilov qonaqları salamlayaraq görüşhaqqında məlumat verib.  Prorektor bildirib ki, ölkəmizin kosmik sənaye sahəsində son illər əldə etdiyi uğurlar, o cümlədən müşahidə peyklərinə sahib olmamız coğrafi informasiya sistemlərindən və peyk təsvirindən istifadə imkanlarımızı genişləndirib. Peyk təsvirindən yüksək səviyyədə istifadə edilməsi üçün ölkədə kadr potensialının gücləndirilməsinin vacibliyinə toxunan professor İsa Xəlilov AzTU-nun uyğun fakültə vəkafedralarının işçi  qrup şəklində “Azərikosmos” ASC-nin nümayəndələri ilə mütəmadi görüşlər keçirməsini tövsiyə edib. Prorektor qeyd edib ki, bu görüşlər peyk sənayesi üçün vacib ixtisasların müəyyən edilməsinə, tədrisin bu istiqamətdə qurulmasına və ümumilikdə bu sahəyə uyğun təhsil mexanizminin yaranmasına müsbət təsir göstərəcək.

“Azərikosmos” ASC-nin departament rəhbəri Nail Mərdanov “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nda yer alan təhsillə bağlı hədəflərdən danışıb. Nail Mərdanov bildirib ki, yeni ixtisasların yaradılması, uyğun ixtisaslarda təhsil alanlar üçün könüllülər məktəbinin formalaşdırılması, həmçinin bəzi mühüm istiqamətlər üzrə gənclərin xaricdə təhsil almasını təmin etmək üçün “Azərikosmos” ASC tərəfindən işlər aparılır.

Daha sonra “Azərikosmos” ASC-nin nümayəndəsi Aqil Əhmədov təqdimatla çıxış edərək peyk təsvirlərindən faydalanmaqla müxtəlif sahələrdə vacib xidmətlər göstərilməsindən və yüksək ayırdetməli Yerin optik müşahidə peyki “Azersky”ın resursları haqqında geniş məlumat verib.

Sonda maraq doğruna məqamlarla bağlı suallar səsləndirilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                         

Sosial şəbəkələrdə paylaş:

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə