Ürəyinizin qəfil dayanacağından xəbər verən 9 əlamət...

Təqvim
Ürəyinizin qəfil dayanacağından xəbər verən 9 əlamət...
23 fevral 2019 - 18:48

Hər il qəfil ürək dayanmasından 18 milyon insan dünyasını dəyişir. Lakin vaxtında həkimə müraciət etməklə bu ölümün qarşısını almaq mümkündür. Bunun üçün isə xəstəliyin əlamətlərindən xəbərdar olmaq lazımdır. 
AZpress.AZ medicina.az-a istinadən həmin əlamətləri təqdim edir:


1. Sinə nahiyəsində olan narahatlıq


Bu əlaməti dəqiq təsvir etmək mümkün deyil. Bəziləri sinədə yüngül ağrı, bəziləri ilə sıxılma və təzyiq, digərləri isə yanğı hiss edirlər. Hər 3 halda terapevtə müraciət edərək elektrokardioqramma və USM müayinəsindən keçmək tələb olunur. Əgər ağrı çox güclüdürsə, o zaman təcili tibbi yardım çağırın.


2. İştahanın itməsi, ürək bulanma, mədə ağrısı


Mədə pozulmasının bir çox səbəbləri ola bilər. Bəzən isə həzm sisteminin pis fəaliyyət göstərməsinin səbəbi onların az qanla təchiz olunmasıdır. Qan təchizatının pozulması ürəyin işinin zəifləməsindən xəbər verir. Əgər ürəyiniz səbəbsiz yerə bulanırsa və sinə nahiyənizdə narahatlıq hiss edirsinizsə, o zaman mütləq həkimə müraciət edin.


3. Sol qola vuran ağrı


Ürəkdən və sol qoldan çıxan sinirləri beynin eyni zonası idarə edir. Nəticədə də beyin ürəyin və ya qolun ağrıdığını ayırd edə bilmir. Əgər sizin sol qolunuz səbəbsiz yerə ağrıyırsa bu infarkt əlaməti ola bilər. Qeyd edək ki, sol qolda güclü ağrılar müşahidə edilməyə başlanılan kimi bir neçə dəqiqə ərzində təcili yardıma xəbər verilməlidir.


4. Aşağı çənə və dişlərdə ağrılar


Bu halda da beyin ürəyin yoxsa dişlərin ağrıdığını müəyyən etməkdə çətinlik çəkir. Tibdə hətta insanların ağrıdan qurtulmaq üçün ard-arda dişlərini çəkdirmələri faktları da məlumdur.

 

5. Başgicəllənməsi və orientasiyanın itməsi


Halsızlığın meydana çıxması üçün bir çox səbəblər var. Bunlara ac olmaq və uzun müddət oturduqdan sonra qəfil yerində durmaq aid edilə bilər. 
Amma bu hal daimi olaraq təkrarlanırsa bu ürəyin beyinə normal qan vura bilməməsi səbəbindən yaşanır. Bu, yaxınlarda baş verəcək insultun əlaməti ola bilər.



6. Daimi yorğunluq


Zəif ürək qan dövranını normal yerinə yetirə bilmir. Bu səbəbdən də orqanlar və toxumalar qida maddələri və oksigen əskikliyi yaşayır. Yaşamaq üçün orqanizm az həyati əhəmiyyətə malik olan orqanlara gedən qan təhçizatını azaldır. İlk növbədə yuxarı və aşağı ətraflara gedən qan ürəyə, beyinə, ağciyərlərə yönləndirilir. Buna görə də hərəkət edərkən yorğunluq hissi tez yaranır. Əgər bu hal yaşanırsa, o zaman kardioloqla müraciət edin.


7. Ayaqların şişməsi


Qan dövranın pozulması nəticəsində hüceyrələrə maye yığılmağa başlayır ki, nəticədə də ayaqlarda şişkinliklər yaranır.


8. Uzun sürən öskürək


Çox hallarda öskürək soyuqdəymə əlaməti kimi özünü büruzə verir. Amma əgər uzun müddət müalicə olunmağa baxmayaraq öskürək keçmirsə o zaman bu ürək problemindən xəbər verir. Ürək problemi zamanı yaranan öskürək çəhrayı və ya ağ rəngli seliyin xaric olması ilə baş verir. Bu zaman vaxt itirmədən kardioloqa müraciət edilməlidir.


9. Tənginəfəslik


Tənginəfəslik qanda oksigenin az olmasından xəbər verir. Əzələlərin işləməsi üçün oksigen tələb olunur. Onun miqdarı azaldıqda ağciyərlər qanı oksigenlə zənginləşdirmək üçün sürətlə oksigen almağa başlayır. Nəticədə də tənginəfəslik yaranır.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
RAYON + ŞƏHƏR
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə